Nahid Səfərov

Nahid Fikrət oğlu Səfərov (d. 1996; Lənkəran, Azərbaycan - ö. 29 yanvar 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Nahid Səfərov
Nahid Fikrət oğlu Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lənkəran, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Rütbə Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Nahid Səfərov 1996-cı ildə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Nahid Səfərov 2016-cı ildə, yanvarın 29-u Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Yanvarın 30-u isə Nahid Səfərov doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Səfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nahid Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]