Nahla El Fatiha Naili (ərəb. نهلة الفاتحة نايلي, bər. ⴻⵍ ⴼⴰⵜⵉⵃⴰ ⵏⴰⵉⵍⵉ; 14 noyabr 1986) — Əlcəzair heykəltaraşı və sənətkarı.
Nahla El Fatiha Naili | |
---|---|
Doğum tarixi | 14 noyabr 1986 (36 yaş) |
Vətəndaşlığı | |
Təhsili |
|
Fəaliyyəti | heykəltaraş, aktivist |
Vikianbarda əlaqəli mediafayllar |
Nahla Naili, 1986-cı ildə Əlcəzairin Hidra şəhərində doğulub. Atası vilayətindən olan, Rabah Naili elektron mühəndisliyi professoru və meteorologiya mütəxəssis idi, Cicel vilayətindən olan anası Hafida Bouhired dizaynerdir, hansının ailəsi Cəzair Casbah şəhərində yaşayırdı.[1] Anası, nənəsinin ilk nikahından olan beş qardaşın ən kiçikidi.[1][2]
Ana babası Mustapha Bouhired, Parisdə "Racing Club de France football Colombes 92" İdman Klubunun futbolçusu və "Alger républicain" idman jurnalisti idi. Cezayir inqilabından əvvəl və FLN cihadçı olmadan əvvəl, Fransanı azad etmək üçün İkinci Dünya müharibəsinə qatılmışdır. 14 mart 1957-ci ildə Əlcəzairin Casbah şəhərində öldürüldü.[3]
Ana nənəsi, Fatiha Bouhired (doğma Hattali Oukhiti), həyat yoldaşı kimi bir cihadçı idi və Əlcəzair müharibəsi dövründə Əlcəzair şəhər milliyyətçiləri üçün sığınacaq olaraq ailə evlərini istifadə etdi.[2] Fatiha ailəsi evində iki dəfə həbs olunub, bir dəfəsində Saadi Yacef, Zöhra Drif[3] və altı aylıq qızı Hafida Bouhired ilə bərabər həbs olunub və Serkadji Həbsxanasına göndərilib. Həbs olunduqdan kısa zaman sonra isə sonra sərbəst buraxılıb.[2]
Valideynləri boşandıqdan sonra anası və kiçik qardaşı Arslan Larbi Redouan Naili ilə Əlcəzair yüksəkliklərində Bouhired ailəsinin evinə köçüb. Anası və xalaları Zina, Leyla və Houria Bouhired tərəfindən böyüdülüb.
2007-ci ildə, Nahla Əlcəzairdəki "Alexandre-Dumas Lycée International"-da Fransız bakalavr S seriyasını bitirmişdir, 2016-cı ildə isə Əlcəzair "Gözəl Sənətlər Kollecini" bitirmişdir. 2018-ci[4] ildə "Panthéon-Sorbonne Universitetində" doktorluq dissertasiyasını hazırlayırdı.[5][6]
Mərakeş və Tunisdə medinınin bərpası üzrə müxtəlif təhsil də alıb.[7][8]
2017-ci ilin iyul ayında UNESCO-nun "Gönüllü İdarəetmə və İctimai/Özəl Layihələr İştirak" və İordaniyanın Amman şəhərində 2018-ci ilin oktyabr ayında "Mədəni İrsin Öyrənilməsi" təlim proqramında iştirak etmişdir. 2018-ci ilin dekabr ayında Tunisdəki "Mədəni irsin gənc tərəfdarları arasında yaradıcı rəqəmsal texnologiyalara olan iştahının artırılması" proqramına qatıldı.[9]
"Casbah Qoru" dərnəyin üzvü və Baş katibidir, həmçinin "Uyanmış Gənclər Hərəkatının" qurucu üzvüdür.[10]
2016-cı ildə Nahla, qardaşı Arslan və kuzeni Selma Bouhired ilə birlikdə "NAS Workshop" layihəsini başlatdı. Bütün bədii ifadələr üçün əks olunan bir sahə.[11]