Naibə Məmmədova — Azərbaycan kimyaçı alimi, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi.
Naibə Məmmədova | |
---|---|
Naibə Aydın qızı Məmmədova | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası |
Təhsili | Naxçıvan Dövlət Universiteti |
Naibə Məmmədova 1959-cu il iyulun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Nax. DU) kimya ixtisası üzrə təbiyyat-coğrafiya fakultəsinə qəbul olunmuşdur. İlk elmi işlərini kimyaçı alim Y. Babayevin rəhbərliyi altında T. E. C.- xətti ilə həyata keçirmiş və fəxri fərmanlarla təltif edilmişdir. Naibə Məmmədova akademik Y. Məmmədəli-yev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu 1981-ci ildə bitirmişdir. 2004–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin "Kimya" kafedrasının dissertantı olmuşdur. O, qalay (IV) sulfid əsasında üçlü birləşmələrin alınması sahəsində tədqiqat işləri aparmışdır. 29 aprel 2011-ci il tarixində AMEA-nın akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda fəaliyyət göstərən D 01.021 Dissertasiya Şurasının iclasında "Qeyri-üzvi kimya" ixtisası üzrə "Metal (Ag+, Tl+, Cu+, Pb2+, Cu2+, Cd2+, Fe2+, Co2+, Ni2+) – SnS2-H2O sistemlərindən tiostannatların alınması və fiziki-kimyəvi xassələri" mövzusunda dissertasiya müdafiə etmiş, 2012-ci il 15 fevral tarixində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə dosent elmi adını almışdır.
1981–2002-ci illərdə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun filialı Naxçıvan Regional Elm Mərkəzində laborant, baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 2002–2009-cu illərdə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 2009–2012-ci illərdə AMEA akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun "Nadir elementlər kimyası" laboratoriyasında elmi işçi vəzifəsində çalışmışdır. 2011-ci ilin 29 aprel tarixində AMEA-nın akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda fəaliyyət göstərən D 01.021 Dissertasiya Şurasının iclasında "Qeyri-üzvi kimya" ixtisası üzrə "Metal (Ag+, Tl+, Cu+, Pb2+, Cu2+, Cd2+, Fe2+, Co2+, Ni2+) – SnS2-H2O sistemlərindən tiostannatların alınması və fiziki-kimyəvi xassələri" mövzusunda dissertasiya müdafiə etmişdir. 2012-ci ildən hal-hazıradək KQüKİ-nun "Funksional materialların komponentlərinin sintezi" laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.
Naibə Məmmədova 32 elmi əsərin (onlardan 4 xarici ölkələrdə) müəllifidir.
N. Məmmədovanın son illərdə Beynəlxalq bazalarda çap olunan məqalələrin bir qismi aşağıdakılardır:
O, 2017-ci ildə Belorusiyanın Butebsk şəhərində elmi məruzəçi kimi bilavasitə iştirak etmişdir.
1. Arsenin ikili və mis, gümüş, talliumla üçlü halkogenidlərinin su və üzvi mühitdə yeni alınma metodlarının işlənməsi. 2017 il. 2. Aliyə Rzayeva. "Naxçıvan kimyaçıları". "Əcəmi" nəşriyyatı, 2017 il, 160c.