Naib Sofu Mehmed Paşa

Naib Sofu Mehmed Paşa (ö. 1625) — I Əhməd, I Mustafa, II OsmanIV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Naib Sofu Mehmed Paşa
osm. صوفى محمد پاشا
ƏvvəlkiÖküz Mehmed Paşa
SonrakıDəftərdar Əhməd Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Budin əyaləti, Osmanlı imperiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

Doğum tarixi haqqında məlumat yoxdur. Razqradda dünyaya gəldi. Əndərundakı təhsilinin ardından silahdar oldu və 1611-ci ildə Misir bəylərbəyliyinə gətirildi. 1615-ci ilin fevralında İstanbula çağırıldı və divan vəziri oldu. Daha sonra Budin bəylərbəyi təyin edilsə də, yolda ikən geri çağrıldı və sədarət naibi oldu. Sultan Mustafanın taxta çıxmasının ardından üçüncü vəzir olaraq xidmətinə davam etdi. Ardından RumeliSivas bəylərbəyliyinə gətirildi. 1619-cu ildə ikinci dəfə sədarət naibi, 1624-cü ildə ikinci dəfə Budin bəylərbəyi oldu. 1625-ci ildə burada vəfat etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sicill-i Osmani IV, səh. 47