Nailə Mirməmmədli

Nailə Mirməmmədli (23 may 1961, Bakı4 yanvar 2021, Bakı) — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü.

Nailə Mirməmmədli
Ümumi məlumatlar
Doğum tarixi 23 may 1961(1961-05-23)
Doğum yeri
Vəfat tarixi 4 yanvar 2021(2021-01-04) (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı
Həyat yoldaşı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu
Fəaliyyət illəri 1983–2021
Janrlar klassik musiqi, opera, lirika
Musiqi aləti piano
Səs tembri lirik soprano[d]
Təhsili
  • Bülbül adına Orta İxtisas Musiqi Məktəbi[d]
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.1968–1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır. Nailə Mirməmmədli 1981–1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur. Təhsilini davam etdirmək məqsədilə Nailə Mirməmmədli 1994–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur. 1994–2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həyatın sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.[1]

Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib[2] "Qurd qapısı" məzarlığında dəfn olunub.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. Sənətçi 2001-ci ildə atasını itirib. Bir il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. 2007-ci ildə həyat yoldaşı və anası vəfat ediblər.[4]

Övladları:

1. Seyid Hüseyn Mirməmmədli(rəhmətə gedən ilk övladı)

2. Cavidan Mirməmmədli.

3. Minirə Mirməmmədli.

4. Əli Əkbər Mirməmmədli.

Cavidan Mirməmmədli ailəlidir Nailə Mirməmmədli adında bir qız övladı var.

  1. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.[5]
  2. Azərbaycan Respublikası Müdafiə nazirliyi- FƏXRİ FƏRMAN
  3. Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- FƏXRİ FƏRMAN
  4. Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- DİPLOM
  5. Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- FƏXRİ DİPLOM
  6. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi- DİPLOM
  7. Azərbaycan Güləş Federasiyası- FƏXRİ FƏRMAN
  8. Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi- FƏXRİ FƏRMAN
  9. Azərbaycan Dövlət Pedaqoji Universiteti- FƏXRİ FƏRMAN
  10. İdeal Sülhün Təbliği Fondu- DİPLOM
  11. Azərbaycan Respublikası " Vektor " Beynalxalq Elm Mərkəzi Türk Dünyasına Xidmət- BEYNƏLXALQ DİPLOM
  12. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Qrand Müstəqil Milli İctimai Mükafatı- DİPLOM
  13. Qızıl açar — 98 Mahni Festivalı- DİPLOM
  14. Min Bir Mahni Müsabiqəsi- FƏXRİ DİPLOM
  15. Saatlı — 1 Çadır Şəhərçiyi- FƏXRİ ÜZVÜ
  16. Tac İnternet Portalı- DİPLOM
  17. Azərbaycan Respublikası " Zirvə " Ziyalılar Təşkilatı- DİPLOM
  18. Rezonans Qəzetinin " Ulduzlar " Müsabiqəsi- DİPLOM
  19. ANS Müstəqil Yayım və Media Şirkəti- DİPLOM
  20. V&V Company Tərəfindən keçirilən Festivalı- DİPLOM
  21. Dunya Azərbaycanlıların Konqresi "Azərbaycan Mədəniyyəti və incəsənətində göstərdiyi xidmətə görə"- SEVGİ ÖDÜLÜ
  22. Cəmşid Naxçivanski Adına Hərbi Litsey — FƏXRİ FƏRMAN
  23. Bakı Avropa Litseyi- FƏXRİ FƏRMAN
  24. 3 saylı Uşaq evi- FƏXRİ FƏRMAN
  25. Səbayıl rayonu 190 saylı orta məktəb-FƏXRİ FƏRMAN

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  1. "Bir əli torpaqda, bir əli Haqda" — Yunis İmrə dastanına simfonik poema (söz: Zəlimxan Yaqub)
  2. "Yeni Azərbaycanım" — Yeni Azərbaycan Partiyasının himni simfonik orkestr və xor üçün əsər (söz: Zəlimxan Yaqub)
  3. "Azərbaycan" — Xor əsəri
  4. "Azərbaycan səs salacaq" — Xor əsəri
  5. "İstiqlal günü" — Simfonik orkestr və xor üçün əsər
  6. "Sülh" — Simfonik orkestr, xor, solist üçün oda
  7. "Xocalı" — Simfonik orkestr, xor, solist üçün oda
  8. "Laçın intizarda, Şuşam dardadır" — Simfonik orkestr, xor, solist üçün oda
  9. "Azərbaycan bayrağı" — Nəfəs alətləri orkestri, xor, solist üçün marş
  10. "Çağırış" — Nəfəs alətləri orkestri, xor, solist üçün marş
  11. "Zəfər himni" — Simfonik orkestr və solistlər üçün himn (söz: Baba Vəziroğlu)
  12. "Ulu Öndər" — Simfonik orkestr və xor üçün oratoriya
  13. "Qalib olunca güləş" — Azərbaycan Güləş Federasiyasının himni
  14. "İrəli Nefçi" — Nefçi komandasının himni
  15. "Əlvida" — Romans (söz: prof. Nərgiz Paşayeva)
  16. "Ana" — Romans (söz: Səməd Vurğun)
  17. "Arzu" — Mahnı (söz: Vüqar Əhməd)
  18. "Mən sənətkaram" — Mahnı (söz: Vüqar Əhməd)
  19. "Ayrılma məndən" — Mahnı (söz: Könül Nazimqızı)
  20. "Söylə" — Mahnı (söz: Dilarə Şahid)
  21. "Qovuşmaz" — Mahnı (söz: Şahnaz Nəsirova)
  22. "Vətən" — Mahnı (söz: Zivər Ağayeva)
  23. "Azərbaycan" — Mahnı (söz: Abdulla Qurbani)
  24. "İstəmirəm" — Mahnı (söz: Baba Vəziroğlu)
  25. "Gəl ki," — Mahnı (söz: Əhmədağa Şahin)

Və s. 500 artıq mahnı

26. "Bakı Dövlət Universiteti"-100 illik yubileyi Simfonik orkestr və xor üçün oratoriya və Himn (Söz: Baba Vəziroğlu)

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İŞ TƏCRÜBƏLƏRİ

  1. Azconsert birliyi- KONSERTMEYSTER(1980)
  2. Azərbaycan Dövlət Pedagoji Universiteti- KONSERTMEYSTER(1980–1981)
  3. 190 sayılı Məktəb- MÜƏLLİM(1985–2004)
  4. Bülbül adına orta ixtisas musiqi məktəbi- MÜƏLLİM(1994–2004)
  5. Avropa Lisseyi- MÜƏLLİM(1994–2004)
  6. "Bənövşə" xoru- XOR MEYSTER/ANSANBL rəhbəri(1994–2004)
  7. Azərbaycan Dövlət Pedagoji Universitet(ADPU)- DOSSENT/BAŞ MÜƏLLİM (2003–2021)
  8. Bakı Dövlət Universiteti(BDU) Mədəniyyət və Yaradıcılıq mərkəzi- DİREKTOR/BAŞ MÜƏLLİM(2020–2021)

Xor Aranjimanı, Alətşünaslıq, Musiqi və onun tədrisi haqqında 67 elmi məqalə və Pedaqoji Universitet və İnstitutlarda Bakalavrın hazırlığı üçün proqram.

30-dan çox xalq mahnılarının, bəstəkar mahnılarının xor üçün işlənilməsi. (Laçın, Küçələrə su səpmişəm, Qara tellər, Üşşaq ritmik muğamı, Ulduzlar, Darıxma, Yaşa könül və s.)

  1. Böyük ömrün davamı (film, 2007)
  2. Pərvanələrin rəqsi (serial, 2012)
  3. Sonuncu fəsil (teleserial, 2013)
  4. Gecə qonağı (film, 2015)
  5. Qayıdış (film, 2016)
  6. Ləkə (serial)
  1. Azvision.az. "Tanınmış bəstəkara BDU-da vəzifə verildi" (az.). Azvision.az. 19.02.2020. İstifadə tarixi: 2020-02-19.[ölü keçid]
  2. "Bəstəkar Nailə Mirməmmədli vəfat etdi". 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
  3. "Bəstəkar Tofiq Quliyevin ilk və son tələbəsi Nailə Mirməmmədlinin doğum günüdür". Oxu.az (az.). İstifadə tarixi: 2024-05-23.
  4. "Sənət dostları kimsəsiz qalmış Nailə Mirməmmədli haqda: "O mahnı hələ çıxmalı deyildi"". 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
  5. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.