Musayeva Nailə Fuad qızı (7 sentyabr 1957, Bakı) — Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının professoru, Texnika elmləri doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri.[1][2]
Musayeva Nailə Fuad qızı 7 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Tətbiqi riyaziyyat" ixtisası üzrə istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1979-cu ildə təhsilini bitirmişdir.
1979–1983-cü illər ərzində "Azərelektroterm" istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışmışdır.
1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun 05.13.07 — "Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması" ixtisasına aspirant olaraq qəbul olmuşdur.
1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə 1994-cü ildə N.F. Musayevaya "Texniki sistemlərdə idarəetmə" ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. 1997-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Hesablama texnikası və istehsalat proseslərinin avtomatlaşdırılması" kafedrasının dosenti təyin olunmuşdur.
2002-ci ilin martında doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə 2003-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
- klassik şərtlər yerinə yetirilən və yetirilməyən hallar üçün küylənmiş proseslərin küylərinin paylanmasının analizi alqoritmlərinin, texnologiyalarının və proqram təminatının işlənməsi:
- küyün paylanmasının parametrlərinin hesablanması texnologiyalarının və proqram vasitələrinin yaradılması;
- küyqarışıq texnoloji parametrlərinin küylərinin paylanma sıxlığı funksiyasının hesablanma alqoritmlərinin işlənməsi;
- küyqarışıq texnoloji parametrlərinin faydalı hissəsinin paylanma sıxlığı funksiyasının hesablanması zamanı yaranan xətalarının təyini alqoritmlərinin və proqram vasitələrinin işlənməsi;
- texniki obyektlərin vəziyyətində yaranan nasazlıqların ilkin mərhələsini və inkişaf dərəcəsini aşkar etmək üçün texnologiyaların işlənməşi;
- təklif olunmuş alqoritmlərin köməyi ilə inşaat konstruksiyalarının və hündür binaların texniki vəziyyətində yaranan nasazlıqların ilkin mərhələsini və inkişaf dərəcəsini aşkar etmək üçün texnologiyaların işlənməsi;
- texnoloji proseslərin identifikasiyasının adekvatlığını təmin edən robast texnologiyasinın yaradılması;
- əngəlin dispersiyasının, avto və qarşılıqlı korrelyasiya funksiyalarının robastlıq kəmiyyətinin, korrelyasiya əmsalının robast qiymətinin hesablanması, robast korrelyasiya matrislərinin və onların elementlərinin nisbi xətalarının tarazlaşdırması alqoritmləri əsasında konfluent analizi məsələsinin həlli texnologiyasının yaradılması.
- 2004–2006, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF), Birgə Qrant Proqramı (BQP), layihə direktoru
- 2008–2010, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF), Birgə Qrant Proqramı (BQP), tədqiqatçı
- 2012–2014, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu
- 2010–2014, Kibernetika institutu ilə "Kibernetika" Xüsusi konstruktor bürosu arasında bağlanmış müqavilə əsasında yerinə yetirilmiş elmi iş
- 2012–2015, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu
- 2002-indiyə kimi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət ğöstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün D01.121 dissertasiya şurası. İxtisaslar: kompüter elmləri; informasiya-ölçmə və idarəetmə sistemləri; sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi.
- 2002 — indiyə kimi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi şurasının üzvü;
- 2017 — indiyə kimi, Azərbaycan Memarlıq və Inşaat universitetinin tədris-metodiki şuranın üzvü
160 qədər elmi iş çap olunub, o cümlədən:
- Aliev T.A., Musaeva N.F., Suleymanova M.T., Gazizade B.I. Density Function of Noise Distribution as an Indicator for Identifying the Degree of Fault Growth in Sucker Rod Pumping Unit (SRPU)// Journal of Automation and Information Sciences, Vol.49, Issue 4, 2017, p. 1–11, by Begell House, New-York, Springer
- Aliev T.A., Musaeva N.F., Suleymanova M.T., Gazizade B.I. Technology for calculating the parameters of the density function of normal distribution of the useful component in a noisy process // Journal of Automation and Information Sciences, Vol.48, No2, 2016, p. 35–55, by Begell House, New-York, Springer
- Aliev T.A., Musaeva N.F., Suleymanova M.T., Gazizade B.I. Analytic representation of the density function of normal distribution of noise // Journal of Automation and Information Sciences, 47(8), 2015, by Begell House, New-York, Springer, p. 24–40
- T.A. Aliev, N.F. Musaeva and Sattarova U.E. Noise Technologies for Operating the System for Monitoring of the Beginning of Violation of Seismic Stability of Construction Objects// Editors: Lotfi A. Zadeh, Ali M. Abbasov, Ronald R. Yager, Shahnaz N. Shahbazova, Marek Z. // Recent Developments and New Directions in Soft Computing. Studies in Fuzziness and Soft Computing, Volume 317, 2014, pp. 211–232, Springer
- T.A. Aliev, N.F. Musaeva and Sattarova U.E. The technology of forming the normalized correlation matrices of the matrix equations of multidimensional stochastic objects. Journal of Automation and Information Sciences, 45(1), 2013 by Begell House, New-York, Springer, p. 1–15
- T.A. Aliev, N.F. Musaeva and Sattarova U.E. Robust technologies for calculating normalized correlation functions, Cybernetics and Systems Analysis, New-York, Springer, Vol. 46, No. 1, 2010, pp. 153–166
- Musaeva N.F. Robust correlation coefficients as initial data for solving a problem of confluent analysis. Automatic Control and Computer Sciences. Allerton Press. Inc., New York, No 2, 2007, pp. 76–87
- T.A. Aliev and N.F. Musaeva. Technology of experimental research of the stochastic processes, Automatic Control and Computer Sciences. Allerton Press. Inc., New York, No 4, 2005, pp. 15–26
- N.F.Musaeva. Technology for determining the magnitude of robustness as an estimate of statistical characteristic of noisy signal, Automatic Control and Computer Sciences. Allerton Press. Inc., New York, No 5, 2005, pp. 64–74
- Мусаева Н.Ф. Построение математических моделей. Методы и современные компьютерные технологии. Учебник , 2014, 310 pp. Lambert, Germany
- Мусаева Н.Ф. Информационные технологии обработки экспериментальных данных. Учебник, Баку, 2007, 260 с. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26/04/2007-ci il tarixli 368 nömrəli əmri ilə təsdiq edilmişdir)
- Musayeva N.F. Təcrübi verilənlərin işlənməsinin informasiya texnologiyaları. Dərslik, Bakı, 2007, 245 s. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26/04/2007-ci il tarixli 367 nömrəli əmri ilə təsdiq edilmişdir)
- Musayeva N.F. Riyazi modellərin qurulması. Üsullar və müasir kompüter texnologiyaları. Bakı, 2014. 386 s.
- Мусаева Н.Ф. Алгоритмы улучшения обусловленности корреляционных матриц. Bakı, Elm, 2000, 95 s.