Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Naim Sadıq oğlu Fətəliyev — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1985–1990), Azərbaycan SSR Ali Soveti sədrinin müavini (1990–1991), "Azərineft" Dövlət konserninin vitse-prezidenti (1992).
Naim Fətəliyev | |
---|---|
18 yanvar 1992 – 13 sentyabr 1992 | |
Prezident | Sənan Əlizadə |
18 may 1990 – 5 fevral 1991 | |
Sədr | Elmira Qafarova |
30 dekabr 1985 – 18 may 1990 | |
Sədr | Süleyman Tatlıyev Elmira Qafarova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1935 |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
Naim Sadıq oğlu Fətəliyev 1935-ci ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir.[1]
Naim Fətəliyev əmək fəaliyyətinə 1954-cü ildə Əliheydər Qarayev adına Bakı neftayırma zavodunda operator köməkçisi kimi başlamış, sonra bu müəssisədə operator, qurğu rəisi işləmişdir. 1965–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və qaz sənayesi şöbəsinin təlimatçısı, Partiya-təşkilat işi şöbəsinin inspektoru olmuşdur.[2]
1976–1977-ci illərdə Naim Fətəliyev Neft, Kimya və Qaz Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri olmuş, 1977–1985-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin dekabr ayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.[2] 1992-ci ilin yanvar ayından "Azərineft" Dövlət konserninin vitse-prezidenti olmuşdur.[3]
Naim Fətəliyev 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. "Xalqlar dostluğu" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.[2]