Nairi — Van Gölünün cənubi hisəsində tarixsəl bir ölkə adı (e.ə. 1114- 860), Assuriyalılar onlara (KUR.KUR Na-i-ri, və ya Na-i-ru)[1] adı verirdi, müasir Türkiyənin və Cənubi Azərbaycanın (İranın Qərbi Azərbaycan vilayətinin) Van və Hakkari vilayətlərinə təxminən uyğun gəlir. Nairi bəzən Mesopotamiya, Xet və Urartu mənbələrindən bilinən Nihriya ilə bərabərləşmişdir.[2]
Ancaq bir mətn içərisində belə gəlir ki Nihriya ilə birgə olmaması təxmin edilir.[3]
Tunc dövrünün qutulmasından əvvəl Nairi qəbilələri həm Assuriya, həm də Xetlər ilə mübarizə aparacaq qədər güclü bir qüvvə hesab olunurdu.
Mitanni Krallığının yıxılışından sonra torpaqlarına nəzarət etmək üçün Xetlər və Assuriyalılar arasındakı döyüşlərin son nöqtəsi olan Nihriya Döyüşü; orada baş verdi, e.ə. 1230.
Urartu'nun ilk padşahları özülərini yerli Bianili yerinə Nairi adlandırdılar.[4]
Ancaq Urartu ilə Nairi arasındakı münasibət dəqiq bəlli deyil.
Bəzi alimlər Urartu və Nairinin ayrı-ayrı nöqtələr olduğunu irəli sürdülər.
Assuriyalıların sənədlərinə baxaraq belə görünür ki, e.ə. 8-ci əsrdə Nairi torpaqları Assuriya və Urartu tərəfindən tamamilə ələ keçmədən öncə və Urartunun qurulmasından öəcə onlarca il müstəqil olaraq həyatlarını sürdürmüşlər.[5]