Najmudin Samurski

Najmudin Samurski (1891, Quruş, Dağıstan vilayəti1 avqust 1938, Kommunarka poliqonu[d]) — Dağıstanın dövlət və ictimai xadimi, Ümumittifaq Kommunist Partiyası Dağıstan Regional Komitəsinin birinci katibi vəzifəsini tutan ilk məmur. SSRİ NKVD xüsusi üçlüyünün üzvü, Tarix elmləri namizədi (1933)[1][2]. Doktorluq dissertasiyasının mövzusu[3]: "Türkiyə yarı koloniyadan milli müstəqilliyə doğru"[4]. Dağıstan MSSR-də ilk elmlər namizədi və DMSSR-də ilk tarix elmləri namizədi olan şəxsdir.

Najmudin Samurski
ləzg. Нажмуди Панагьан хва Самурви
Doğum tarixi 1891
Doğum yeri
Vəfat tarixi 1 avqust 1938(1938-08-01)
Vəfat yeri
  • Kommunarka poliqonu[d]
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Fəaliyyəti siyasətçi
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Najmutdin Əfəndiyev 1891-ci ildə Dağıstan vilayətinin Quruş kəndində bir ləzgi ailəsində anadan olmuşdur. 1913-cü ildə İrkutsk Mədənçilik Məktəbini bitirmişdir[5]. Onun haqqında yeni arxiv sənədlərinin yoxlanılmasınmda sonra əslində İrkutskdakı texniki məktəbi bitirdiyi barədə verilən məlumatların və partiya üzvlüyünə dair məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilir. 1937-ci ildə S. Qabiyevin tələbi ilə onun işini araşdıran Mərkəzi Nəzarət Komissiyasına (Minkov- Scheboldaev) etiraf etdiyi saxtakarlıqdır. 1928-ci ildə Mədəniyyət Sarayının genişləndirilmiş Plenumunun qərarı ilə müxtəlif səbəblərdən əvvəl vəzifəsindən uzaqlaşdırılmışdır. 1937-ci ildə tutulur və 1 avqust 1938-ci ildə ölük hökmünə məhkum edilir. Eyni gündə güllələnir. 2 iyun 1956-cı ildə ölümündən sonra bütün hüququlqrı bərpa edilir[6].

Qırmızı Bayraq ordeni:

SSRİ İnqilabçı Hərbi Şurasının 335 nömrəli əmri ilə "1920-ci ildə Dağıstanın Krupa kəndi yaxınlığındakı dağlarda və Qunib qalasındakı döyüşdə fərqlənməyə görə, Dağıstanın bütün partizan qüvvələrinin başçısı, Xunzax hərbi qarnizonunun komissarı Najmudin Samurski Qırmızı Bayraq ordeni ilə təltif edilir.

SSRİ İnqilabi Hərbi Şurasının 31 oktyabr 1930-cu il tarixli 865 nömrəli əmri ilə "1921-ci ildə Xunzax qalası ərazisindəki döyüşdə fərqləndiyinə görə, Xunzax qarnizonunun hərbi komissarı Najmudin Samurski ikinci dəfə Döyüş Bayraq ordeni ilə təltif edilir.

Samurkənt kəndinin adı dəyişdirilərək Stalskoe kəndi adlandırılmışdır.

Dağıstanın müxtəlif yaşayış məntəqələrindəki Samurski küçəsi adlı onlarla küçə vardır.

  1. "Кем был товарищ Самурский? Исторический факт" (rus). 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
  2. "В письме ЦК ВКП (б) Сталину И". www.rusnauka.com. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
  3. "Нажмутдин Самурский - первый кандидат наук в дасср (Али Албанви) / Проза.ру". proza.ru. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  4. "Народы Дагестана :: Статья "Выдающийся политик, ученый, государственный деятель"". www.narodidagestana.ru. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
  5. "Самурский (Эфендиев) Нажмутдин Панахович" (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. 2012-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  6. Л. С. Еремина, А. Б. Рогинский. Книга памяти жертв политических репрессий. — Мемориал, 2000. — С. 362. — ISBN 5787000447, 9785787000443.