Nakaqava Seybey (中川 清兵衛?, 9 fevral 1848, Eçiqo əyaləti[d] – 2 aprel 1916) – Yaponiya pivəçisi. O, Yaponiyada yerli pivə sənayesinin qabaqcılı olmuş, 1876-cı ildə "Sapporo" pivə şirkətinin əsasını qoymuşdur.[1]
Nakaqava Seybey | |
---|---|
yap. 中川清兵衛 | |
Doğum tarixi | 9 fevral 1848 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 1916 (68 yaşında) |
Vəfat səbəbi | qida borusu xərçəngi[d] |
Fəaliyyəti | mühəndis |
Nakaqava Seybey 1872-ci ildə Yaponiya hökumətinin dəstəyi olmadan təhsil almaq məqsədilə Avropaya səyahət etmişdir.[2] O, əvvəlcə İngiltərəyə gəlmiş, daha sonra Almaniyanın Bremenhafen şəhərinə köçmüşdür.[2] Burada Aoki Şuzo adlı yapon tələbə ilə tanış olmuşdur.[2] Aoki Nakaqavaya maddi dəstək göstərməyə başlamış və ona pivəçilik öyrənməyi məsləhət görmüşdür.[2] Aokinin səyləri nəticəsində Yaponiya hökuməti Naqavanın təhsili üçün pul ödəmək qərarına gəlmişdir.[2]
Nakaqava 1873-cü ilin yayında Fürstvalde qəsəbəsinə köçmüş və 26 ay boyunca pivə bişirməyin bütün proseslərini öyrənmişdir.[2] 1 may 1875-ci ildə Berliner Brauerei tərəfindən sertifikat almışdır.[2] Nakaqava təhsilini tamamladıqdan sonra Aoki ona Yaponiyaya qayıtmağı tövsiyə etmişdir.[2] O, Hokkaydo Koloniyalaşdırma Komissiyasının sədri Kuroda Kiyotakaya məktub yazaraq Hokkaydoda pivəçilik sənayesinin yaradılmasından və bu zaman Nakaqavanın xidmətindən yararlana biləcəyindən bəhs etmişdir.[2]
Nakaqava Yaponiyaya qayıtdıqdan dərhal sonra Hokkaydo Koloniyalaşdırma Komissiyasında işləməyə başlamış və 24 avqust 1875-ci ildə kənd təsərrüfatı bölməsini idarə etməklə vəzifləndirilmişdir.[2] Onun komissiyadakı titulu "pivəbişirən" idi və aylıq maaşı 50 yen təşkil edirdi.[2] Nakaqava əsl pivənin dadını bilən azsaylı yaponlardan biri olduğu üçün Yaponiyadakı ilk milli pivəxananın yaradılması işi ona həvalə olunmuşdur.[2] Murahaşi Hisanarinin dəstəyilə ilə işə başlamış və pivəxana üçün plan hazırlamışdır.[3] Tikinti işləri 27 iyun 1876-cı ildə başlamış və 23 sentyabr 1876-cı ildə başa çatmışdır.[1] Nakaqava Aokiyə təşəkkür etmək məqsədilə ilk pivə partiyasını Berlinə göndərmək qərarına gəlmişdir.[4]