Nalçik Cümə Məscidi

Nalçik Cümə Məscidi (kab.-çərk. Налшык и курыт мэжджыт
qaraç.-balk. Налчыкъ орта межгит) — Kabarda-Balkar Respublikasının Nalçik şəhərinin əsas mərkəzi cümə məscidi.[1]

Nalçik Cümə Məscidi
kab.-çərk. Налшык и курыт мэжджыт
qaraç.-balk. Налчыкъ орта межгит
Məscidə gələnlər üçün giriş
Məscidə gələnlər üçün giriş
Xəritə
43°29′19″ şm. e. 43°37′00″ ş. u.
Ölkə Rusiya Rusiya
Kabarda-Balkar
Status fəaliyyət göstərir
Şəhər Nalçik
Yerləşir Şoqençukov prospekti, 41
Aidiyyatı Kabarda-Balkar Ruhani İdarəsi
Memar Andrey Asanov
Sifarişçi Arsen Başiroviç Kanokov
Tikilmə tarixi 20 may 2004
Üslubu İslam memarlığı
Hündürlüyü 21 metr
Sahəsi 1.700 kv metr
Minarələri 2
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi sayt masdjid.ru

Nalçik Cümə Məscidi şəhər meydanlarından birində, Şogentsukov prospekti ilə Osetinskaya küçəsinin kəsişməsində yerləşir. Məscidin rəsmi ünvanı Şoqençukov prospekti, 41-dir.

Məscidin dizayn layihəsi memar Andrey Asanovdur. Məscid layihəsi Nalçik şəhəri rəhbərliyi tərəfindən Rusiya Memarlar İttifaqının Kabardino-Balkar təşkilatı ilə birlikdə keçirilən müsabiqədə seçilib.

Nalçik şəhərində yeni bir məscidin inşasına 2000-ci ilin əvvəllərində keçmiş Yunost kinoteatrının yerində başlanmışdır. Daxili və xarici bəzək işlərində əsasən yerli daş və daşı təqlid edən süni materiallardan istifadə edilmişdir. Nalçik Cümə Məscidi rəsmi olaraq 20 May 2004-cü ildə ibadətçilərin üzünə açılmışdır.

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Məscidin memarlığı bölgə üçün xarakterik səciyyə daşıyır. Bina ciddi şəkildə simmetrik monoblokda inşa edilib. Hündürlüyü təxminən 30 metr olan iki minarə əsas girişin önündə yerləşir.

Bina birinci mərtəbə səviyyəsində kvadratdır, ikinci mərtəbədə mərkəzi hissəsi günbəzlə bəzədilmiş səkkizbucağa çevrilmişdir. Binanın üstündəki günbəzin hündürlüyü 21 metrdir. Ümumi tikinti sahəsi 1700 kvadratmetrdir.

Əsas fasad, şəhərsalma normalarına uyğun olaraq, Şoqentsukov küçəsinə paralel olaraq, Məkkəyə doğru 45 dərəcədə yönəldilmişdir. Amma İslam qanunlarına görə, namaz otağı Məkkəyə tərəf çevrilməlidir və ikinci mərtəbənin yenidən istiqamətləndirilməsi sayəsində bu şərt yerinə yetirilmişdir.

Məscidin iki girişi var - Ruhani İdarənin işçiləri üçün Şogentsukov küçəsi tərəfdən əsas giriş və parkın yanından camaat üçün giriş. Əsas girişin qarşısı qadınlar və kişilər üçün ayrı-ayrılıqda iki otaqlı paltardəyişmə və dəstəmaz otaqları ilə tamamlanır.

Məscidin iki namaz otağı var. Kişi üçün olanı ikinci mərtəbədə, qadınların ki, isə birinci mərtəbənin arxa sol küncündə yerləşir.

Nalçik Cümə Məscidinin nəzdində mədrəsə də fəaliyyət göstərir. Mədrəsə birbaşa Kabardin-Balkar Müsəlmanları Ruhani İdarəsinə tabedir.[2]

Cümə məscidində Kabardin-Balkar Müsəlmanları Ruhani İdarəsinin (DUM KBR) mərkəzi yerləşir.[3][4]

  1. "СОБОРНАЯ МЕЧЕТЬ НАЛЬЧИКА (NALCHIK MOSQUE) Нальчик, Россия". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
  2. "В Северо-Кавказском Исламском университете имени Абу Ханифы в полном разгаре сессия". 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
  3. "На съезде мусульман Кабардино-Балкарии переизбрали муфтия". KP.RU - сайт «Комсомольской правды» (rus). 2009-03-25. İstifadə tarixi: 2017-06-07. (#first_missing_last)
  4. "Анас Пшихачев вновь стал муфтием Кабардино-Балкарии - ИА REGNUM". ИА REGNUM (rus). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]