Nalçik

Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı.

Nalçik
Нальчик
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
43°29′ şm. e. 43°37′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1724[1], 1822, 1818
Sahəsi
  • 67 km²
Mərkəzin hündürlüyü 512 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 239.710 nəf. (2019)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 8662
Poçt indeksi 360000–360051, 360000
Digər
na.adm-kbr.ru
Xəritəni göstər/gizlə
Nalçik xəritədə
Nalçik
Nalçik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir.

Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi, şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı. Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768–1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b. çaylar üzərində rusların hərb qalaları tikildi. Bu qalalar sırasında Nalcıq da var idi. Nalcıq qalası özlüyündə kiçik olsa da Qafqaz möhkəmləndirilmiş xəttində mühüm fort sayılırdı . Gürcü missionerləri fəal idilər . Rahiblərin zorla xristianlaşdırıb həbsə saldıqları, ürəyi qübar bağlayıb həlak olan gənc müsəlman -Lermontovun "Mıtsıri" poemasının qəhrəmanı kimi talesizlər yüzlərcə idi. (Mıtsıri gürcü dilində "yeni xristian" deməkdir). 1818-ci ildən ruslarla məskunlaşdırılan qalanın kənarında 1838-ci ildə hərbi köçürülmələr ayrıca slabodada yerləşdirilir. Elə bu illərdə də Nalcıqda ilk pravoslav kilsəsi və sinaqoq tikilir. Rusların idarəsinə keçənə kimi Nalcıq və ətraf diyar yerli xan Küçük Canxota mənsub idi. Qafqazın canişini Yermolovun yanında işləyən A. Qriboyedov qohumuna göndərdiyi məktubda rusların bu ailəyə tutduğu divandan bəhs edirdi. Kənd istila olunan kimi Nalcıq sözü rus tələffüzünə uyğunlaşdırılır, tezliklə Nalcıq adı Nalçik kimi rəsmiləşdirilir. "Nalçik sözünün yalnız türk mənşəyi haqqında düşünmək olar, bu terminin türk təbiəti о qədər aydın sezilir ki, sübuta ehtiyac qalmır. Türk dillərində, о cümlədən Qaraçay-Balkar və noqay dillərində nal "podkova", çik "kiçiltmə" şəkilçisidir. Bununla Nalçik asanlıqla "podkova" — nalcıq kimi tərcümə edilir.[3]

İkinci dünya müharibəsi zamanı Nalçik, Faşist Almaniyası tərəfindən işğal edilib (28 oktyabr 1942 – 3 yanvar 1943). İşğal zamanı şəhər dağıdılıb. Bununla belə 2003-cü ildə Nalçik "Rusiyanın ikinci ən təmiz şəhəri" seçilib.

  1. https://viktorkotl.livejournal.com/145636.html.
  2. http://www.gks.ru/free_doc/doc_2019/bul_dr/mun_obr2019.rar.
  3. Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutu : Türk kitabı : unudulan tarix — dəyişdirilən adlar Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine:.. Amma əski türk yurdlarının tarixi 200 il əvvəl dəyişilsə də yenə həmin mübhəm, müəamma düyünləri, məkrli sirlər, maneələr öz çətinliklərini ortaya qoyur. Məsələn, Nalcıq (Nalçik), Esendik (Yessentuki), Ala Buqa (Elabuqa), Deli Orman (Tellerman (ovski) və s…