Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. (dekabr 2023) |
Namakzar gölü (fars. نمکزار) — İranın Cənubi Xorasan və Xorasan-Rezavi ostanlıqları, Əfqanıstanın isə Herat vilayəti ərazisində yerləşən göl. Gölün su səthinin sahəsi 800 km², dərinliyi 1,0 m və su tutumu isə 400 milyon kub metr təşkil edir. Bu əsasən ilin rütubətli dönəmində müşahidə edilir. Göl əsasən çaylarla qidalanır. Atmosfer yağıntıları isə qidalanmasında az iştirak edir. Göl dəniz səviyyəsindəm 596 metr yüksəklikdə yerləşir.
Namakzar gölü | |
---|---|
fars. نمکزار | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 597 m[1] |
Yerləşməsi | |
33°52′06″ şm. e. 60°33′01″ ş. u. | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Namakzar gölü İran yaylasının mərkəzində yerləşir. Burada geoloji çökəklik rolunu oynayır.
Namakzar gölü hidroloji baxımından sistan su toplayıcı hövzəsinə aiddir. Üstəlik İran yaylasınına daxil olan səkkiz daxili hövzədən biridir[2].
Namakzar gölünun florası duzlu və dağ iqliminə uyğunlaşmışdır. Əsasən səhra və yarımsəhra iqliminə uyğundur. Hələ gölün faunası A. Seyserliq tərəfindən 1850-ci illərin sonu, V. T. Bloanford tərəfindən 1870-ci illərdə araşdırılsada olduqca az məlumat məlumdur. Bu isə onun coğrafi baxımından təcrid olunmuş bölgədə yerləçşməsi ilə əlaqədardır. Ümumilikdə götürdükdə göl ətrafə ərazilərin faunası Dəşti-Lüt, Dəşti-Kəbir və Sistan ərazilərinin faunasına bənzərdir. Burada Capoeta fusca kimi balıq növü yaşayır. bu balıqlar nisbətən az duzlu olan çay mənsəblərində rastlanılır.[3]. Bölgənin endemik həşərat növü — Saxetania decumana[4].