Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Namık İsmail (türk. Namık İsmail; 1890 – 30 avqust 1935, İstanbul) — Türkiyə rəssamı, yazıçısı, siyası xadimi.
Namık İsmail | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Samsun, Osmanlı |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | çeçen |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Namık İsmail 1890-cı ildə Türkiyənin Samsun şəhərində anadan olub. Atası Altunizadə İsmail Zühtü bəy, anası Amasiyalı Yeğenzadə Hüsnü bəyin qızı Bakiyə xanımdır. İsmail anadan olduqdan az bir vaxt sonra ailəsi ilə birlikdə İstanbula köçür. İlk təhsilə 1896-cı ildə Kabataşda yerləşən "Şemsülmekatip"də başladı; daha sonra Beşiktaşdakı "Hamidiye" məktəbində təhsilini davam etdirdi. Rəsim müəllimi Arslanyanın tələbəsi oldu və məktəbi ikinciliklə bitirdi. Saint Benoit Litseyində oxudu. Qalatasaray Litseyi yanğın sonrası yenidən açılınca, Tofiq Fikrətin müdirliyi sırasında bu litseyi bitirərək orta təhsilini tamamladı. Rəsim müəllimi Şevket Dağdan fərdi rəsim dərsləri aldı.
Namık İsmailın atası təhsilini artırması üçün onu Parisə göndərdi. 1911-ci ildə Parisdə Julian Akademiyasında, sonra Fernand Cormon Atelyesində rəsim öyrənməyə davam etdi. 1914-cü ildə tətil zamanı İstanbula döndü. Birinci Dünya Müharibəsi başlaması səbəbindən İstanbulda qaldı.
1917-ci ildə Ənvər Paşanın Şişlidə qurduğu atelyedə İbrahim Çallı, Hikmət Onat, Ruhi Arel, Sami Yetik, Əli Camal, Əli Sami Boyar kimi rəssamlarla birlikdə savaş rəsimləri çəkdi. Rəsim əsərləri Qalatasaray Sərgisində xalqa göstərildikdən sonra Viyana və Berlində sərgilənmələri üçün, Cəlal Əsad Arsevenlə birlikdə Berlinə getdi. 1917-ci ilin iyun ayında Qalatasaraylılar Yurdunda açılan serginin təşkilində əməyi olan insanlardan biri olan Namık İsmaila bu xidmətinə görə, "Alamet-i mahsusalı gümüş Hilal-ı Ahmer" medalı verildi. Bu rəsimlərin Berlində sərgisi zamanı vətənə dönməyərək, bir müddət Lieberman və Corinth atelyelərində çalışdı. İstanbula döndükdən sonra bir müddət Qazi Osman Paşa orta məktəbində rəsim müəllimi işlədi. İtaliyaya getmək üçün ona izin verilmədiyi üçün Qazi Osman Paşa orta məktəbində işindən istefa edən rəssam, bir il boyunca bütün İtaliyanı gəzdi və rəsimlər çəkdi.
1919-cu ildə İstanbulda qurulan "Türkiyə İşçi ve Çiftçi Sosyaliat Fırkası"nın qurucuları arasında oldu ve bir müddət bu siyasi partiyanın başkanı oldu. Namık İsmail rəssamlıqla yanaşı sosialist düşüncəyə malik bir düşünce adamı ve yazıçıdır. Gəncliyndən başlayaraq ədəbiyyatla maraqlanmış "Dergah", "Yeni Mecmua", "Kurtuluş", "İleri", "Akşam" xə s. jurnal və qəzetlərdə gözəl sənətlərlə əlaqədar çox sayda yazılar, hekayələr yazmış, naxışlar çəkmişdir. 1920-ci ildə Molla Şefik Bəyin qızı Mediha xanımla evlenir. On il birgə yaşadıqdan sonra ayrı yaşamağa qərar verən cütlük, rəssamın ölümündən iki ay öncə boşanırlar.
Türkiyə rəsim sənətinin ən məşhur və maraqlı sənətkarlarından biri olan Namık İsmail eyni zamanda bir Qafqaz yurdsevəriydi. "Şimali Qafqaz Cəmiyəti", "Türkiyədə Şimali Qafqaz Siyasi Köçmənləri Komitəsi", "Qafqaziya İstiqlal Komitəsi" kimi Çərkəz köçmən təşkilarlarında aktiv olaraq vəzifələr almış, İstanbulda ve Berlində bu təşkilatlar adına çalışmışdır.
1922-ci ildə yenidən Parisə getdi. Pierre Lotinin "Mutsuz kadınlar"ının rəsmini çəkdi. Parisdən döndükdən sonra rəsim öyrətiminə nəzarət etməklə vəzifələndi və bir müddət müfettiş işlədi. 1927-ci ildə Sənayei-Nəfisədə (indiki Memar Sinan İncəsənət Universiteti) müdir yardımçısı və 1928-ci ildən ömrünün sonuna qədər bu universitetdə müdir vəzifəsində işlədi.
1934-cü ildə ana tərəfinin Yeğenoğlu soyadını alır. 30 avqust 1935-ci ildə gənc yaşda vəfat etdi. Məzar daşında bu soyad yazılıdır. Üçbucaq formalı məzar daşında sol, sağ və alt tərəfdə eyni yerdə dəfn edilməsi anlaşılan böyük qardaşı Hüsnü Yeğenoğlu və atası İsmaila, ortadakı üçbucaq isə Namıq İsmaila ayrılmışdır.