Tofiq Fikrət (türk. Mehmet Tevfik Fikret; 26 dekabr 1867[1], İstanbul – 19 avqust 1915[2], İstanbul — Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi.
Tofiq Fikrət | |
---|---|
Doğum tarixi | 26 dekabr 1867[1] |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 19 avqust 1915[2] (47 yaşında) |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı |
Tofiq Fikrət Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
1888-ci ildə Qalatasaray liseyini bitirmiş, bir müddət xarici işlər nazirliyində işləmiş, 1894–1915-ci illərdə Türk dili və ədəbiyyatından dərs demişdir. İlk şeirlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu "Sərvəti-fünun" jurnalında dərc etdirmişdir. O, Türk şeirinə məzmum və formaca yenilik gətirmişdir. "Sənət həyat üçündür" prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk Türk şairidir. İnqilabi ruhlu şeirlərində zülm, fanatizm və istibdadı qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar dostluğunu tərənnüm etmişdir. Qadağan edilməsinə baxmayaraq, əsərləri gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən ömrünün sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalmışdır. Əsərlərində ərəb-fars kəlmələrinin, tərkiblərinin sıx-sıx işlədilməsi Tofiq Fikrətin dilini xeyli qəlizləşdirirdi. Buna baxmayaraq onun əsərləri Azərbaycanda böyük rəğbət qazanmışdır. Azərbaycan şairlərindən M. Hadi, H. Cavid, A. Səhhət və b. Yaradıcılığına təsir göstərmişdir. Onun yaradıcılığı Azərbaycan alimləri tərəfindən də öyrənilmiş və "Seçilmiş əsərləri" Azərbaycan dilində nəşr olunmuşdur.
"Rübabi-şikəstə" (1900), Tarixi-qədim" (1905), "Xaluqun dəftəri" (1911), "Rübabın cavabı" (1911), "Doxsan beşə doğru" (1912), "Həmşirəm üçün" və başqalan Totiq Fikrətin və ümumi Türk-Oğuz ədəbiyyatmm şah əsərlənndəndir.[3]