Namiq Əbdüləliyev (tam adı: Namiq Qasım oğlu Əbdüləliyev; 16 iyun 1973, Başlıbel, Kəlbəcər rayonu – 23 iyul 1992, Alçalı, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.
Namiq Əbdüləliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyun 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 1992 (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Azərbaycan SSR, SSRİ→ Azərbaycan |
Atası | Qasım Əbdüləliyev |
Anası | Cəvahir Əbdüləliyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1991–1992 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Atıcı |
Döyüşlər | Qarabağ müharibəsi (1988-1994) |
Namiq Əbdüləliyev 1973-cü il iyunun 16-da Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açmışdır. O, 1989-cu ildə Başlıbel kənd orta məktəbini bitirib, Qılınclı kənd texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdi.
1991-ci ilin iyul ayının 14-də hərbi xidmətə çağrılıb. Altı ay Ukraynada xidmət etdikdən sonra Vətənə qayıdıb. Geri dönən gündən etibarən Milli Ordunun tərkibində sərhədlərimizin keşiyində durub. 1992-ci il iyul ayının 23-də Alçalı postunda döyüşərkən 2 əsgər yoldaşı ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur.
Başlıbel kənd qəbiristanlığında dəfn edilmişdir. O, Başlıbel kəndinin ilk şəhidi idi.
Subay idi.
Namiq Əbdüləliyev şəhidlik zirvəsində ucaldıqdan sonra xatirəsinin əbədiləşdirilməsi üçün doğulduğu kəndin ilk şəhidi olaraq kənd məktəbinə onun adı verilmişdir.
Təhsil aldığı Başlıbel kənd orta məktəbində şəhidin xatirə guşəsi yaradılmış, sənədləri və foto şəkillərindən nümunələr burada saxlanılmışdır. 1993-cü il aprelin 2-də Kəlbəcər ermənilər tərəfindən işğalı zamanı məktəb yandırılmış, bu qiymətli sənədlər də məhv edilmişdir.
Qəhrəmanın bədii obrazı Hüseyn Şahbəndəyevin "Üçüncü gəliş" hekayəsində, Məhəmməd Nərimanoğlunun "Nakam talelər" və Musa Əzizin "Başlıbel şəhidləri" kitablarında geniş təsvir olunmuşdur.