Namiq Əhmədov (professor)

Əhmədov Namiq Abduləvvəl oğlu (1949, Nuxa) — fizika-riyaziyyat elmləri doktoru (1991).

Namiq Əhmədov
Namiq Abduləvvəl oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Şəki
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili

Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.

1975-ci ildən indiyə qədər Bakı Dövlət Universitetində çalışır. Hazırda Bakı Dövlət Universitetindəki Fizika Problemləri Elmi-tədqiqat institutunun "Nəzəri fizika" şöbəsində baş elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirir. Elmi-tədqiqat işləri müxtəlif biomolekulların fəza quruluşlarının öyrənilməsinə həsr olunmuşdur. Beş elmlər namizədi və bir elmlər doktoru yetişdirmişdir. 180-dən çox elmi əsərin müəllifidir. Bu nailiyyətlərinə görə biofizika ixtisası üzrə professor elmi adı alıb.

Ailəlidir. İki qızı, üç nəvəsi var.