Namiq Əhmədov (hərbçi)

Namiq Hajan oğlu Əhmədov (8 noyabr 1984, Yuxarı Salahlı, Qazax rayonu14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Tovuz döyüşləri şəhidi.[1][2]

Namiq Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1984(1984-11-08)
Doğum yeri
Vəfat tarixi 14 iyul 2020(2020-07-14) (35 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Uşağı

Məhəmməd Əhmədov

Nigar Əhmədova
Atası Hajan Əhmədov
Anası Firəngiz Əhmədova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Mayor
Döyüşlər
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Namiq Əhmədov 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.[1] 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirmişdir. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirmişdir.

Əhmədov Məhəmməd ailənin ən böyük övladıdır. 2 iyul 2010-cu ildə Qazaxda anadan olub.

Əhmədova Nigar ailənin ikinci övladıdır. 9 fevral 2014-cü ildə Qazaxda anadan olub.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Təlim Tədris Mərkəzində təhsilini başa vurduqdan sonra "N" saylı hərbi hissədə hərbi vəzifəsinə başlamışdır.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Namiq Əhmədov da yaxından iştirak edirdi. Döyüşlərdə fərqlənməsi və fəallığı yüksək qiymətləndirilmiş, fəxri fərmanla təltif edilmişdir. Həmçinin, ona vaxtından əvvəl mayor rütbəsi verilmişdir.[3]

2020-ci il iyulun 12-dən 13-nə ötən gecədən başlayaraq cəbhənin Tovuz rayonu, xüsusilə, rayonun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlər tarixə Tovuz döyüşləri olaraq yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Namiq Əhmədov da bu döyüşlərdə xüsusi fəallıqla vuruşurdu. O, 2020-ci il iyulun 13-dən 14-nə ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.[4]

İyulun 14-də Namiq Əhmədov, doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olundu.[1] Onunla vida mərasiminə Ordunun zabitləri də qatıldı.[1] Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[5]

  1. 1 2 3 4 "Şəhid mayor Namiq Əhmədov Qazaxda dəfn olunub". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi) (az.)). 14.07.2020. 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
  2. "Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir". www.mod.gov.az (Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 14.07.2020. 15.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
  3. "Şəhid mayor Namiq Əhmədovun ölümündən 40 gün ötür". qazax-ih.gov.az (Qazax Rayon İcra Hakimiyyəti) (az.). 22.08.2020. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.03.2021.
  4. Güləmail Murad. "Tovuz döyüşləri". Bakı, "CBS PP", 2021
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 15.12.2020. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.