Namiq Əliyev (jurnalist)

Əliyev Namiq Rafiq oğlu (4 mart 1977, Bakı) — Azərbaycan jurnalisti, Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR menecer, media menecer.

Namiq Əliyev
Namiq Rafiq oğlu Əliyev
Doğum tarixi (46 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Aytən Əliyeva
Uşağı Məhəmməd Əliyev
Atası Rafiq Əliyev
Anası Nazilə Əliyeva
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Namiq Əliyev 4 mart 1977-ci ildə Bakı şəhərində anadan olub.[1] Bakı Dövlət Universitetinin məzunudur. Tələbə ikən bir sıra dövrü nəşrlərdə çalışıb. 1999-2000-ci illərdə Respublika Elmi Texniki Kitabxanasında, 2001-2003-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Maarif Baş İdarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

2004-cü ildə "Azad Azərbaycan" müstəqil Teleradio Yayım Şirkətinə dəvət olunub. Burada müxbir, aparıcı müxbir, redaktor assistenti, redaktor vəzifələrində çalışıb. "Son xəbər" və "Həftə sonu" verilişlərinin aparıcısı olub. ATV-də çalışdığı müddətdə Prezident İlham Əliyevi bir çox xarici səfərlərdə müşayət edən jurnalistlər sırasında olub. Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması, ictimaiyyətin bu barədə daha dolğun məlumatlandırılması üçün maraqlı analitik reportaj və süjetlər hazırlayıb. Türkiyənin bir sıra televiziya kanallarında təcrübə keçib.

2010-cu ilin may ayında Azərbaycan Respublikası Mərkəzi Bankının Kommunikasiya departamentində fəaliyyətə başlayıb, 2011-ci ilin iyul ayından 2014-cü ilə qədər həmin departamentin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi işləyib. 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibidir.[2]

2015-ci ildə ictimaiyyətlə əlaqələrə dair "Nəyi? Necə? Nə vaxt?- İctimaiyyətlə əlaqələrin idarə edilməsi", 2018-ci ildə isə "Uğurun düsturu - Brend" adlı kitabları çapdan çıxıb.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ­İnsan hüquqları və İnformasiya hüququ üzrə YUNESKO kafedrasında Əqli mülkiyyət hüququ fənnini tədris edib (2018)

Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) "İqtisadiyyat xəbərləri" verilişinin aparıcısı və redaktorudur.(2019).[3]

Evlidir. Bir oğlu var.

Kitabları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bizimkilər - Mətbuat katibi Namiq Əliyev: "Çoxları məni qınayırdı ki, niyə özünə zülm edirsən?"". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  2. "Mətbuat katibləri KARANTİNDƏ: "Dincəlməyə vaxt tapmırıq" — Virusdan qorxmayanlar..." 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  3. "Namiq Əliyev AzTV-yə gətirildi". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]