Namiq Dadaşov

Namiq Dadaşov Əbdül Xalıq oğlu (27 noyabr 1945, SSRİ və ya Azərbaycan7 oktyabr 2021) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı, ali təhsilli heykəltaraş

Namiq Dadaşov
Doğum tarixi 27 noyabr 1945(1945-11-27)
Doğum yeri SSRİ SSRİAzərbaycan Azərbaycan
Vəfat tarixi 7 oktyabr 2021(2021-10-07) (75 yaşında)
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Janr Rəssamlıq

Namiq Dadaşov 27 noyabr 1945-ci il tarixində anadan olub[1]. Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının müəllimi kimi çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Rəssam yaradıcılığının müxtəlif dövürlərində qızıl, gümüş medallarla, o cümlədən diplomlarla təltif edilib. Rəssam bir çox Beynəlxalq sərgilərin, həmçinin fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

7 oktyabr 2021-ci il tariixndə vəfat edib.[2]

Ailə idi, iki uşağı var.[3]

Yaradıcılığı[3]

[redaktə | mənbəni redaktə et]
  • 1983 Qasım bəy Zakirin qəbirüstü abidəsi — Şuşa şəh.
  • 1984 Ü. Hacıbəyov və Bül-Bül abidə büstü — Şuşa şəh.
  • 1988 "Xalqlar Dostluğu" parkında "Xanəndə" heykəli — Ulyanovsk şəh.
  • 1991 Bülbülün heykəli — Axundov adına kitabxana — Bakı şəh.
  • 1994 Memorial lövhə — Ə. Dəmirçizadə — Bakı şəh.
  • 1996 Büst General — Ə. Şıxlınski — Bakı şəh.
  • 1999 Memorial lövhə — Ə. İbrahimov — Moskva şəh.
  • 2004 Prezident H. Əliyevin büst abidəsi. Neft daşlan — Bakı şəh.
  • 2004 Prezident H. Əliyevə həsr olunmuş xatirə sikkələri.
  1. "Əsrlərin qovuşağında: Namiq Dadaşov". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
  2. Ayna.az. "Əməkdar rəssam Namiq Dadaşov vəfat edib". Ayna.az (ingilis). 2021-10-07. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.
  3. 1 2 "Arxivlənmiş surət". www.butagallery.com. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.