Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Namiq Həsən oğlu Əliyev (1 noyabr 1971, Sumqayıt) təxəllüsü Namiq Məna — Azərbaycan meyxanaçısı, bədihəçi şairi. AYB Qubadlı Regional Bölmənin sədri, Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Namiq Məna | |
---|---|
Doğum tarixi | 1 noyabr 1971 (53 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | musiqiçi |
Namiq Həsən oğlu Əliyev 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır. 28 saylı orta məktəbi bitirib. Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakültəsini bitirib. 10 yaşından şeir yazmağa başlayıb. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə (meyxana) janrı ilə fəaliyyət göstərib. Qoyma ay qardaş vətən əldən gedir, Xəzan gəlibdir, Çəmən əldən gedir, Heydər Əliyev olacaq köməyimiz, 1992-ci ildən bu bədihələr ilə tanınıb. Bir sıra yarışmalarda münsiflər heyətində olub. 2006-cı ildə De gəlsin söz yarışmasının qalibi olub. Qazandığı avtomobili Saray qəsəbəsində yerləşən xəstələr olan internata bağışlayıb.[mənbə göstərin] Sözüm var, Sözün var? adlı layihəlnin müəllifi olub. Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən 2-ci Beynəlxalq Muğam müsabiqəsinin yekun konsertinin aparıcısı olub. 2009-cu ildə Amerikanın səfiri və Amerikanın dövlət katibi Kandaliza Raysın dəvəti ilə 1 ay Amerikada Azərbaycan mədəniyyətinin və bədihə janrının təbliğatı ilə çıxışlar edib. Bir neçə kitab və bir çox şeirlərin müəllifidir. Dəfələrlə ön cəbhədə hərbi hissələrdə konsertlər verib. 20 noyabr 2019-cu il Sumqayıt şəhərinin sosial iqtisadi inkışafına görə "Tərəqqi" medalına layiq görülüb.[1]