Namiq Musalı

Namiq Seyfulla oğlu Musalı (17 sentyabr 1979, Bakı) – Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, dosent.

Namiq Musalı
Doğum tarixi 17 sentyabr 1979(1979-09-17) (44 yaş)
Doğum yeri
Elm sahəsi Tarix
Elmi dərəcəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Namiq Musalı 17 sentyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995–2001-ci illərdə BDU-nun tarix fakültəsinin bakalavr və magistratura pillələrində təhsil almış, magistraturanı qırmızı diplomla bitirmişdir. 2001-ci ildə AMEA A. Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına daxil olmuş, 2006-cı ildə AMEA-nın müxbir üzvü O. Ə. Əfəndiyevin elmi rəhbərliyi ilə "Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmarayi-Şah İsmayıl" əsəri əsasında)" adlı dissertasiya işini müdafiə etmişdir. 2007-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə isə dosent elmi adı almışdır. 2001–2010-cu illərdə AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şəbəsində çalışmışdır. 2010–2014-cü illərdə AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun "Farsdilli əlyazmaların tədqiqi" şöbəsində fəaliyətini davam etdirmişdir. Eyni zamanda 2012–2014-cü illərdə Xəzər Universitetində "Azərbaycan tarixi" fənnini tədris etmişdir[1]. Hal-hazırda Türkiyə Respublikası Kastamonu Universitetinin Tarix bölümündə dosent olaraq çalışır[2]. Elmi əsərləri respublikamızda və bir sıra xarici ölkələrdə (Türkiyə, Gürcüstan, Rusiya, Almaniya) işıq üzü görmüşdür. İndiyə kimi 4 kitabı və 80-ə qədər məqaləsi, məruzəsi və tezisi çap edilmişdir. 30-dan artıq beynəlxalq elmi konfransın iştirakçısıdır. Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Almaniyada, Avstriyada, Fransada və İsveçrədə keçirilmiş beynəlxalq elmi toplantılarda məruzələrlə çıxış etmiş, İranda elmi araşdırmalar aparmışdır.

Ailəlidir, iki oğlu var.

Böyük Quruluş Partiyasının üzvüdür.[3]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. İsgəndər bəy Münşi Türkman. Tarixi-aləmarayi-Abbasi. I cild. Farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri: O. Ə. Əfəndiyev və N. S. Musalı. Bakı: "Təhsil" nəşriyyatı, 2009, 792 s[4].
  2. I Şah İsmayılın hakimiyyəti ("Tarixi-aləmarayi-Şah İsmayıl" əsəri əsasında). Bakı: "Elm və təhsil" nəşriyyatı, 2011, 482 s[5].
  3. Rus Oryantalistlere Göre Ehl-i Haklar. İstanbul: Önsöz Yayıncılık, 2013, 512 s[6].
  4. Zühuri-Dövləti-Səfəviyan (transfoneliterasiya, tərcümə, fotofaksimile). Nəşrə hazırlayan: N. Musalı. Bakı: "Mütərcim" nəşriyyatı, 2013, 100 s[7].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2014-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.
  2. "Arxivlənmiş surət". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.
  3. "HANSI PARTİYANIN PROFESSORU ÇOXDUR?". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  4. Kitab haqqında məlumat: http://kitabklubu.org/kitablar/tarix-i-alemarayi-abbasi.html Arxivləşdirilib 2017-10-12 at the Wayback Machine
  5. Kitab haqqında məlumat: http://azertag.az/xeber/I_Sah_Ismayilin_hakimiyyeti_monoqrafiyasi_nesr_olunmusdur-157579 Arxivləşdirilib 2015-05-12 at the Wayback Machine
  6. Kitab haqqında məlumat: http://www.kevseryayincilik.com/asp/show_stock.asp?product=on-13 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  7. Kitab haqqında məlumat: http://news.lent.az/news/148853 Arxivləşdirilib 2013-12-14 at the Wayback Machine

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]