Böyük Quruluş Partiyası

Böyük Quruluş Partiyası və ya qısaca BQP — Azərbaycanda Fazil Mustafa tərəfindən 2003-cü ildə təsis edilmiş, 12 avqust 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış, əvvəlcə mərkəz sol, sonra isə mərkəz sağ spektrda fəaliyyət göstərən siyasi partiya.

Böyük Quruluş Partiyası
Loqonun şəkli
Sədri Fazil Mustafa
Qurucu Fazil Mustafa
Quruluş tarixi 2003
Qeydiyyat tarixi 12 avqust 2005
Birləşən Milli Etimad Partiyası (2008)
Baş qərargah
İdeoloji spektr mərkəz sağ
Üzvlüyü Bizim Azərbaycan Bloku (2003)
Demokratik Seçki Mərkəzi (2007-2008)
İslahat Seçki Bloku (2010-2013)
Üzv sayı 5 mindən çox[1] (2023)
Şüar
Böyük quruluşdur bizim adımız, tarixdə qalacaq təmiz andımız![mənbə göstərin]
Milli Məclisdə
1 / 125
Ali Məclisdə
0 / 45
Saytı bqp.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Böyük Quruluş Partiyasının üzvlərinin 66,3%-i kişi, 33,7%-i isə qadın olmuşdur.[2]

Böyük Quruluş Partiyası Fazil Mustafa rəhbərliyində 2003-cü ildə təsis edilmişdir.

2008-ci ildə Məhəmməd Soltanoğlunun rəhbərlik etdiyi rəsmi dövlət qeydiyyatı olmayan Milli Etimad Partiyası Böyük Quruluş Partiyasına birləşmə qərarı almışdır. Milli Etimad Partiyasının üzvlərinin fərdi şəkildə Böyük Quruluş Partiyasına üzv olması qərara alınmışdır.[3]

2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur.[4]

2005, 2010, 2015, 2020-ci illər parlament seçkilərində 1 nəfər — Fazil Mustafa millətvəkili seçilmişdir.

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Majoritar
Səs % Mandat
2005
Fazil Mustafa
1 / 125
2010 17 389 0.73
1 / 125
2015 34 156 1.20
1 / 125
2020
1 / 125
2024

Bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Yer
# % ±
2009 Fazil Mustafa
142 / 15.591
2014
2019

Ara bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Bələdiyyə üzvü
# %
2006 Fazil Mustafa
4 / 1.901
2011

İdeologiyasının əsası quruluşçuluq (strukturalizm) və dövlət səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Proqramının hədəfi cəmiyyətdə liberal-demokratik ideyaların yayılmasıdır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçilikdir.[mənbə göstərin]

  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  3. "Azərbaycanda iki partiya birləşmək barədə qərar qəbul edib". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
  4. ""Ədalət"çilər birləşməkdən danışır..." 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  • Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 128–129.