Namiq Qaraçuxurlu[3] (8 noyabr 1978, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni.
Namiq Qaraçuxurlu | |
---|---|
azərb. Namiq Hilal oğlu Şükürov | |
Ümumi məlumatlar | |
Ləqəbi | Qaraçuxurlu |
Doğum tarixi | |
Doğum yeri | Qaraçuxur, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Partnyoru |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
meyxanaçı müğənni söz yazıçısı bəstəkar |
Fəaliyyət illəri | 1993–h.h. |
Janr | pop |
Musiqi aləti | piano |
Boyu | 1.87 sm[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.[4][5][6]
İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir.
1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur.[mənbə göstərin] Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.
2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində səsləndirib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7900 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran[7][8] və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir.
Uzun müddət Aygün Kazımova[9][10] ilə duet[11] oxumuşdur.
Sözləri Namiq Qaraçuxurluya aid olan "Yine Tek" mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa etmişdir.
Son illərdə populyar ifalarından olan "Bir arzu tut"[12] adlı mahnısı bir çox sənətçi tərəfindəndə ifa olunmuşdur. Bununla yanaşı "Soyuqdur"[13] və "Ürəyimin oğrusudur"[14] mahnıları bir çox ölkələrdə sevilmiş və YouTube trendinə daxil olmuşdur. Son aylarda "Tez elə" adlı mahnısına Türkiyədə klip çəkdirmiş bir daha ölkə trendində birinci pilləni tutmuşdur.[15][16]
Bir vaxtlar müğənni Aygün Kazımova ilə romantik münasibətdə olub, sonralar münasibətlərində problemlər yaranıb və ayrılıblar. Namiq Qaraçuxurlu[17] 12 oktyabr 2015-ci ildə ailə həyatı qurmuş və bir qız[18] övladı dünyaya gəlmişdir.