Namus Zöhrabov — Əməkdar artist.
Namus Zöhrabov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Təhsili |
Bakı Xoreoqrafiya Akademiyası Bakı Dövlət Universiteti |
Tanınır | Əməkdar artist |
Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb.[1]
Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib. 1977-ci ildə Leyla Vəkilovanın təkidi ilə yenidən işlədiyi ansambla qayıdıb, 1995-ci ilədək orada çalışıb. Arada iki il əsgəri xidmətini keçib. Eyni zamanda, 1991-1995-ci illərdə Rəşid Behbudov adına mahnı teatrının rəqs qrupuna rəhbərlik edib. 1986-cı ildə əməkdar artist fəxri adına layiq görülüb.[1]
1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbəsi olub. 1995-ci ildə təhsilini yarımçıq qoyaraq ABŞ-yə gəlib. 1996-cı ildə "Green card" adlanan lotereya vasitəsilə Amerikada yaşamaq hüququ qazanıb. Bir il kompyüter kurslarına gedib, iki il Kaliforniyadakı WEST LA kollecində təhsil alaraq daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib.
2003-2010-cu illərdə ölkəmizin Los Ancelesdəki konsulluğunun keçirdiyi bütün bayram tədbirlərində milli rəqslərimizlə çıxış edib. 2002-2010-cu illərdə həmçinin milli rəqsimiz vasitəsilə ABŞ-də "Rəqs terapiyası" adlanan müalicə kurslarını da aparıb. Burada o, rəqs vasitəsilə sümük xəstəliklərindən əziyyət çəkən insanların müalicəsilə məşğul olub.[1]
"Doğrudur, musiqi və rəqs mənsub olduğu ölkəni təmsil edə bilir. Amma rəqs daha irəlidədir. Çünki əcnəbilər musiqimizi dinləyərkən hörmət xatirinə məmnun qaldıqlarını göstərsələr də, onu anlamaqda çətinlik çəkə bilərlər. Rəqs isə izaha ehtiyacı olmayan sənətdir. Bir xalqın mədəni dəyərlərini hərəkətlər vasitəsilə ifadə edə bilir".
Ailəlidir, 3 övladı var. Böyük oğlu Rüfətin 39, qızı Rəqsanənin 23, kiçik oğlu Nadirin isə 19 yaşları var. Yoldaşı Olqa Zöhrabova, 1986-1991-ci illərdə Krasnodar İncəsənət Akademiyasında təhsil alıb. O da həyat yoldaşı kimi Azərbaycan Dövlət Rəqs Ansamblında çalışıb.[1]