Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi.[1]
Nari | |
---|---|
Doğum tarixi | 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 1944 |
Fəaliyyəti | şair |
Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.[2]