Nasim Abışov

Nasim Əjdər oğlu Abışov — pedaqogika üzrə elmlər doktoru, professor, Respublikanın Əməkdar müəllimi. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü.[1]

Nasim Abışov
Nasim Əjdər oğlu Abışov
Doğum tarixi (50 yaş)
Doğum yeri Bozayran, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universitetinin Kimya fakültəsi
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2017

Abışov Nasim Əjdər oğlu 12 may 1974-cü il tarixində Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşdur.[2]

Orta məktəb şagirdləri arasında kimya fənni keçirilmiş Respublika fənn olimpiadalarının qalibi kimi 1991-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunmuş və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. N. Ə. Abışov BDU-da oxuduğu dövr ərzində ali məktəb tələbələri arasında kimya fənni üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qalibi olmuşdur. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin "Fiziki kimya" ixtisası üzrə aspiranturasına daxil olmuş, 1999-cu ildə oranı bitirmiş, 2000-ci ildə həmin ixtisas üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturada oxuduğu dövrdə BDU-da yaradılmış "Kimyadan dünya olimpiadasına hazırlıq mərkəzində" orta məktəb şagirdlərindən ibarət Azərbaycan yığma komandasının hazırlığında fəal iştirak etmişdir. N. Ə. Abışov yığma komandanın uğurlu nəticələrinə görə MDB ölkələrinin "Kimyadan Təhsil Assosiasiyasının" diplomu, 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2 dəfə BDU- nun Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə ADPU-nun "Kimyanın tədrisi metodikası" ixtisası üzrə doktoranturasını bitirmişdir. 2013-cü ildən pedaqogika üzrə elmləri doktoru, 2017-ci ildən professordur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2013-cü ildə " Tərəqqi" medalı,[3] 2017-ci ildə " Əməkar müəllim" Fəxri adıyla təltif olunmuşdur.[4] N. Ə. Abışov respublika və xarici elmi mətbuatda nəşr olunmuş 100 elmi əsərin, o cümlədən 9 dərslik, 10 dərs vəsaitinin müəllifidir. Elmi əsərlərinin 35-idoktorluq dissertasiyasının müdafiəsindən sonra, o cümlədən 16-sı professor əvəzi vəzifəsində çalışdığı müddətdə nəşr edilmişdir. İşlədiyi müddətdə 5 magistranta rəhbərlik etmişdir.

Müdafiədən sonra çap olunmuş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1. Kimya-11. İnteraktiv elektron dərsliyi.
  • 2. Kimyaçıların sevdiyi ədədlər//"Abituriyent-№ 2". Bakı, TQDK, 2013, s.125
  • 3. Biliyin qiymətləndirilməsində istifadə olunan test tapşırıqlarının korrelyasiyası // Akademik S. C. Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, Bakı, 2014, s.255–259
  • 4. Из опыта организации внеклассной работы в средней школы // Химия в школе, Москва, 2014, № 7, с.63–66
  • 5. Мнемоническое запоминание учебного материала как один из приёмов повышения интереса учащихся к химии // Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar, Bakı, 2015, s.119–123
  • 6. Kimya – 7. Bakı:Aspoliqraf, 2014, 96s.
  • 7. Kimya – 7. Bakı:Aspoliqraf, 2014, 72s.
  • 8. Təhsildə İKT (ali məktəblər üçün ptoqram). Bakı:BDU, 2014, 16s
  • 9. О современных методах преподавания химии // Химия в школе, Москва, 2015, № 3, с.34–36
  • 10. Из опыта применения компьютерных программ в обучении органической химии //Химия в школе, Москва, 2015, № 4, с.29–32
  • 11. Kimya – 8. Bakı: Aspoliqraf, 2015, 200 s.
  • 12. Интеграция новейших технологий в процесс преподавания биологии // İnternational Journal of HomeScience, 2015, 1(4), c.1–4
  • 13. Разлиция между традиционным обучением и интерактивным обучением // Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda Respublika Elmi Konfransının materialları, Bakı, 2015, s. 199–200
  • 14. Повышение познавательного интереса учащихся на уроках химии с использованием интегративных методов обучения // ARTPİ-nun elmi əsərləri, Bakı, 2015, cild 83, № 3, 104–109
  • 15. Orta ümumtəhsil məktəblərində üzvi kimyanın tədrisnidə kompüter proqramlarından istifadə / Ümummillli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların IX Respublika Elmi Konfransının materialları, BDU, 2015, s.122
  • 16. İnteraktiv lövhənin üstünlükləri / Ümummillli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların X Respublika Elmi Konfransının materialları, BDU, 2016, s.74
  • 17. Fənlərin tədrisi zamanı İKT texnologiyalarından istifadə / Ümummillli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların X Respublika Elmi Konfransının materialları, BDU, 2016, s.68
  • 18. Təhsildə informasiya komminikasiya texnologiyalarının tətbiqi. Bakı:BDU, 2016, 297 s.

N. Ə. Abışov 2013-cü ildə 5801.01-Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (kimyanın tədrisi metodikası) ixtisası üzrə pedaqoqika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. N. Ə. Abışov respublika və xarici elmi mətbuatda nəşr olunmuş 83 elmi əsərin, o cümlədən 9 dərslik, 10 dərs vəsaitinin müəllifidir. Elmi əsərlərinin 19-u doktorluq dissertasiyasının müdafiəsindən sonra, o cümlədən 16-sı professor əvəzi vəzifəsində çalışdığı müddətdə nəşr edilmişdir. Doktorluq müdafiəsindən sonra çap etdirdiyi əsərlərdən 3-ü Moskva şəhərində "Химия в школе" jurnalında, 1 — i "İnternational Journal of HomeScience" jurnalında nəşr olunmuşdur. O, 2014-cü ildən Bakı Dövlət Universitetinin "Kimyanın tədrisi metodikası" kafedrasında 0,5 ştat professor əvəzi vəzifəsində çalışır. İşlədiyi müddətdə 2 magistranta rəhbərlik etmişdir. N. Ə. Abışov 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK tərəfindən dosent elmi adı almışdır. N. Ə. Abışov kimya fakültəsinin bakalavr pillələsində (eləcə də 2014-cü ildən Təhsil Nazirliyinin "Sabah" qruplarında) "Kimyanın tədrisi metodikası", "Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi" fənləri üzrə mühazirə, laboratoriya və məşğələ dərsləri aparır.

  1. "rae.ru". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  2. "Arxivlənmiş surət". www.anl.az. 2024-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-06.
  3. "Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında". frameworks.e-qanun.az. İstifadə tarixi: 2024-05-06.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-05-06.