Nasir Mustafazadə

Mustafazadə Nasir Nadir oğlu (10 may 1958, Nuxa) — "Azəri Servis LTD" MMC-nin direktoru, Əməkdar Mühəndis.

Nasir Mustafazadə
Doğum tarixi 10 may 1958(1958-05-10) (65 yaş)
Doğum yeri
Təhsili
Mükafatları "Tərəqqi" medalı
Əməkdar Mühəndis

Həyatı[redaktə | mənbəni redaktə et]

Mustafazadə Nasir Nadir oğlu 10 may 1958-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1975-ci ildə Şəkidəki 12 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tikintinin iqtisadiyyatı və təşkili şöbəsini bitirib. İxtisasca iqtisadçı-mühəndisdir.

N. N. Mustafazadə ilk əmək fəaliyyətinə 1980-ci ildə təyinatla Baş Kolxozlararası Tikinti İdarəsinin Şəkidəki 7 nömrəli tikinti trestində başlamış və həmin trestdə 1983-cü ilə kimi böyük mühəndis vəzifəsində çalışmışdır. 1981–1982-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.

O, 1983–1987-ci illərdə Şəkidə yenicə yaranmış Könüllü Yanğından Mühafizə Cəmiyyətinin sədri, 1987-ci ildən Şəki şəhər Abadlıq Kombinatının direktoru, 1988-ci ildə seçki yolu ilə Şəki Kommunal Təsərrüfatı Birliyinin baş direktoru, 1991-ci ildən 2004-cü ilin iyun ayına kimi isə "Azərkəndsutəchizatı" Dövlət Konserninin 16 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstəsinin rəisi olmuşdur.

N. N. Mustafazadə 2000-ci ilin fevral ayında "Azəri Servis LTD" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və artıq 22-ci ildir ki, bu kollektivə rəhbərlik edir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə Mustafazadə Nasir Nadir oğlu "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1].

10 aprel 2017-ci il tarixdə Mustafazadə Nasir Nadir oğlu Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə təltif edilmişdir[2].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı, üç nəvəsi var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli, 371 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2014. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2019.
  2. "İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2017. 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2019.