Nasist tibbi tədqiqatları

Nasist tibbi tədqiqatları — 1940-cı illərin əvvəllərindən ortalarına qədər, İkinci Dünya müharibəsiHolokost dövründə, faşist Almaniyası tərəfindən həbs düşərgələrində uşaqlar da daxil olmaqla çox sayda məhbus üzərində aparılan tibbi təcrübələr. Hədəflənən əsas millətlər arasında qaraçılar, sintilər, etnik polyaklar, Sovet əsirləri, əlil almanlar və Avropadan gələn yəhudilər iştirak edirdi.

Nasist həkimlər və köməkçiləri məhkumları iştirak etməyə məcbur etdilər. Tipik olaraq, təcrübələr anesteziya olmadan aparıldı və ölüm, travma, disfiqurasiya və ya daimi əlilliklə nəticələndi və bu səbəbdən tibbi işgəncə nümunələri sayılır.

Auşvitz və digər düşərgələrdə, Eduard Uirtsin rəhbərliyi ilə seçilən məhkumlar, döyüş vəziyyətində Alman hərbi personalına kömək etmək, yeni silahlar hazırlamaq, yaralanan hərbi personalın sağalmasına kömək etmək və Yozef Mengelenin əkiz təcrübələri də daxil olmaqla nasist irq ideologiyasını və yevgenikasını inkişaf etdirmək üçün hazırlanmış müxtəlif təcrübələrə məruz qaldılar.[1][2] Aribert Xaym oxşar tibbi təcrübələri Mauthauzendə aparmışdır.[3]

Müharibədən sonra bu cinayətlər Həkimlər Məhkəməsi olaraq bilinən məhkəmədə mühakimə olundu və bununla da Nürnberq Tibbi Etik Qanunu hazırlandı. Həkimlərin Məhkəməsində Nasist həkimləri, hərbi zərurətin təcrübələrini əsaslandırdığını və qurbanlarını Koalisiya qüvvələrinin bombardmanından alınan zərərlə müqayisə etdiklərini iddia etdilər.

Eksperimentlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nazi Medical Experimentation". US Holocaust Memorial Museum. 31 May 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2008.
  2. Wachsmann, Nikolaus. KL: A History of the Nazi Concentration Camps. New York, NY, United States of America: Farrar Straus & Giroux. 2015. 505. ISBN 978-0374118259.
  3. "Nazi 'Doctor Death' found refuge in Cairo, died in 1992". France 24 (ingilis). 2009-02-04. 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.