Nasuda qar uçqunu (那須雪崩事故?) – 2017-ci ildə Yaponiyanın Toçiqi prefekturasının Nasu qəsəbəsində baş vermiş qar uçqunu hadisəsi. Hadisə nəticəsində 8 nəfər ölmüşdür.
Nasuda qar uçqunu | |
---|---|
| |
Tarix | 27 mart 2017 |
Yeri | Nasu, Toçiqi prefekturası, Yaponiya |
Səbəbi | qar uçqunu |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Zədəlilər |
|
25 mart 2017-ci ildə 7 liseydən olan 52 şagird və 11 müəllim üç günlük alpinizm ekspedisiyası üçün Toçiqi prefekturasında yerləşən Nasu xizək kurortuna səfər etmişdir. Hadisədən bir gün əvvəl güclü qar yağışı səbəbilə qar uçqunu təhlükəsi barədə xəbərdarlıq yayımlanmışdı.[1]
Ekskursiyasının sonuncu günündə – 27 martda Çausudake dağının yaxınlığında keçirilmiş yürüyüş təlimi zamanı baş verən qar uçqunu nəticəsinə 7 şagird və bir müəllim ölmüş, 40 nəfər yaralanmışdır. Ölənlərin çoxu Otavara liseyinin alpinizm klubunun üzvləri idi. Xilasetmə işlərinə 100-dən çox xilasedici cəlb olunmuşdur. Hadisədən sonra xizək kurortu mövsümün sonuna qədər bağlanmışdır.[1]
2023-cü ildə Toçiqi prefekturası hadisə nəticəsində ölən 5 nəfərin ailələrinə 290 milyon yen təzminat ödəmişdir.[2]
2024-cü ilin mayında keçirilmiş məhkəmə prosesi nəticəsində ekskursiyaya rəhbərlik etmiş Şuiçi İnose, Hisao Suqamata və Hironori Vatanabe təhlükəsizlik məsələlərindəki məsuliyyətsizliyə və qar uçqunu riskini nəzərə almamalarına görə ölümlərdən məsul hesab edilmiş və 2 il müddətinə həbs olunmuşdurlar.[3]