Nataşa Andonova (mak. Наташа Андонова; 4 dekabr 1993[1]) ― Makedoniya milli futbol komandasının kapitanı olmuş futbolçu. O, başqa Makedoniya oyunçusu Siyçe Andonovanın kiçik bacısıdır. O, Makedoniya yığması tarixinin ən yaxşı bombardiridir.
Nataşa Andonova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 dekabr 1993[1] (30 yaş) |
Vətəndaşlığı | |
Boyu | 169 sm |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Andonova karyerasına Makedoniyanın "ZFK Tikveşanka" klubunda başladı. O, ilk dəfə beynəxalq diqqəti özünə 2010-cu ildə 19-yaşlılar arasında Makedoniyada keçirilən Avropa çempionatında çəkdi. Yarışmada ən zəif komandada çıxış etməsinə baxmayaraq, Andonova turnirin ən yaxşı oyunçusu seçildi.[2] O vaxta qədər futbolçu artıq Makedoniya millisinin əsas komandasının heyətində çıxış etmişdir.
2010-cu ilin yayında Andonova 2010–11 Çempionlar Liqasının ilkin mərhələsində oynayan "ZFK Borets" klubuna transfer oldu və qış transfer bazarında bacısı Siyçe ilə birlikdə Avropa çempionu olan "Turbine Potsdam" klubu ilə müqavilə imzaladı. Fevral ayında əsas komandanın üzvü oldu və ilk Bundesliga matçına elə həmin ay çıxdı.
"Turbine"nin heyətində ilk qolunu "Bayern Münhen" klubuna qarşı keçirilən Almaniya kuboku turnirinin yarımfinalında vurmuşdur.[3]
7 qolla 2011 Bundesliqa kubokunun ikinci bombardiri olmuşdur.[4]
2015-ci ilin may ayında Andonova "Turbine" klubundan ayrıldı və İsveç çempionu "Rusenqord" klubuna transfer olundu, hansı ki Anya Mittaqın "Paris Sen-Jermen" klubuna keçidindən sonra hücumçu axtarışında idi.[5]
31 yanvar 2017-ci il tarixində "Paris Sen-Jermen" klubu bəyan etdi ki, mövsümün sonuna qədər Andonova ilə 2017-ci ilin iyun ayına qədər davamlı müqavilə bağladığını açıqladı. "PSJ"də Andanova 15 nömrəli formanı geyidi.[6]
Oyunçu "PSJ" ilə müqaviləsini yeniləmədi və 2017-ci ilin iyununda "Barselona" heyətinə qatıldı. "Barselona"daki nömrəsi 21 oldu.
Yarış | Mərhələ | Tarix | Yer | Rəqib | Qol | Nəticə | Cəmi |
---|---|---|---|---|---|---|---|
2011 FIFA Dünya Kuboku | Seçmə mərhələsi | 2010–06–23 | Prilep | Slovakiya | 1 | 1–6 | 1 |
2013 UEFA Avro | Seçmə mərhələsi | 2011–03–03 | Strumitsa | Litva | 1 | 1–1 | 4 |
2011–03–05 | Strumitsa | Lüksemburq | 2 | 5–1 | |||
2011–10–26 | Prilep | Yunanıstan | 1 | 1–1 | |||
2015 FIFA Dünya Kuboku | Seçmə mərhələsi | 2013–09–20 | Strumitsa | Rumıniya | 1 | 1–9 | 4 |
2014–06–15 | Haapsalu | Estoniya | 1 | 1–1 | |||
2014–06–18 | Praqa | Çexiya | 2 | 2–5 |