Nataşa Ninkoviç

Nataşa Ninkoviç (serb. Наташа Нинковић / Nataša Ninković 22 iyul 1972[1], Trebine, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR[2]) — "Xilaskar", "Həyat və Müharibə", "Professional", "Tələbə" filmlərindəki rolları ilə ən yaxşı tanınan bir serb əsilli teatr və kino aktrisası. Bir sıra nüfuzlu mükafatların qalibi, dəfələrlə yerli və xarici film festivallarının ən yaxşı aktrisası seçilmişdir.

Nataşa Ninkoviç
serb. Наташа Нинковић
Doğum tarixi 22 iyul 1972(1972-07-22)[1] (52 yaş)
Doğum yeri
Uşağı 2
Fəaliyyəti teatr aktrisası, kino aktrisası, aktrisa, ssenarist
Fəaliyyət illəri 1989-cu ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nataşa Ninkoviç 22 iyul 1972-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının (indiki Serb Respublikası, Bosniya və Herseqovina) Trebin şəhərində anadan olub. Uşaqlığını orada valideynləri Branko və Milena Ninkoviçlə keçirir. Yerli ibtidai və orta məktəbləri bitirib. Məktəbi bitirdikdən sonra Belqrada gedir və Belqrad Universitetinə daxil olur. Burada professor Vladimir Evtoviçin rəhbərliyi ilə Dram Sənəti fakültəsində oxuyur. Tələbə yoldaşları Voin Çetkoviç, Serqey Trifunoviç və Neboyşa Qloqovats kimi məşhur sənətkarlar idi. 1994-cü ildə universiteti bitirir[3][4]. Ninkoviç 1989-cu ildə universitetdə oxuyarkən filmlərdə rol oynamağa başlayır. "Ən yaxşı" və "Hollivuda üç bilet" filmlərində epizodik rollar ifa edir. 1998-ci ildə Bosniya müharibəsinin faciəli hadisələrinə həsr olunmuş "Xilaskar" Amerika filmində baş rollardan birini oynayaraq geniş ictimaiyyətə tanınır. Bu roluna görə bir sıra nüfuzlu film mükafatlarına layiq görülür. Xüsusən də Soçidəki Rus Kinotavr festivalında ən yaxşı aktrisa olur. Nişdə, Serbiya festivalında bir neçə mükafat alır.

2003 və 2004-cü illərdə "Professional" və "Qarışıq evlilik" televiziya seriallarında rol alır. 2006 və 2007-ci illərdə "Dəli, çaşqın, normal" silsiləsində və müxtəlif dərəcələrdə bir çox film mükafatlarını toplayan "Tələbə" filmindəki yaddaqalan rollar ifa edir. 2008-ci ildə "Yaralı qartal" televiziya serialında baş rollardan birini canlandırır. Belqraddakı Milli Teatrın səhnəsindəki tamaşalarda bir çox rollar ifa etmişdir. Bir neçə teatr mükafatına sahibdir:2002-ci ildə "Yay gecəsinin yuxusu" filmindəki roluna görə "Komediya Günləri" festivalının mükafatına, 2005-ci ildə "Transilvaniya" tamaşasındakı roluna görə Belqrad Dram Teatrında yaxşı aktrisa seçilir, üç dəfə Belqrad Milli Teatrının ən yaxşı aktrisası olur (2001, 2002, 2010). Belqradda yaşayır. Nenad Şarenatsla evlidir. Çütlüyün iki övladı var - əkizləri Luka və Matiya[5].

  1. 1 2 Nataša Ninković // filmportal.de. 2005.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #1061702391 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "Nataša Ninković". www.trebinje.info (Bosnian). 2007-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2011.
  4. "Nataša Ninković". National Theatre in Belgrade (Serbian). 2008-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2011.
  5. Maksimović, Danijela. "Gluma je dovoljan razlog za sreću" (Serbian). 23 November 2008. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2011.