Nataliya Oreyro (19 may 1977, Montevideo) — Uruqvaylı aktrisa və müğənni.
Nataliya Oreyro | |
---|---|
Natalia Marisa Oreiro | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Montevideo, Uruqvay |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1990-cı ildən |
Janrlar | latın-pop[d], pop-rok |
Musiqi alətləri | gitara |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Ariola, Warner Music Group[d] |
nataliaoreiro.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nataliya hələ uşaq olarkən Coca-Cola, Pepsi və Johnson & Johnson kimi dünyada məşhur olan iri firmaların reklamlarında çəkilməyə başlayıb. 16 yaşında Uruqvaydan Argentinaya köçmüş və karyerasını burada davam etdirmişdir. Nataliya Oreyro Azərbaycanda da kifayyət qədər sevilir. 2016-cı ilin aprel ayında Nataliya ilk dəfə ANS TV üçün özəl müsahibə vermişdir. Müsahibəni ANS ÇM 102 FM radiosunun aparıcısı Anar İbrahimli götürüb. Qeyd edək ki, Natalia Oreyro bundan öncə heç bir kanala müsahibə verməyib. Həmçinin Moskvada Azərbaycan fan-klubunun başçısı Məhər Məhərrəmov N. Oreyroyla görüşüb və ona müxtəlif hədiyyələr verib
1995-ci ildə Dulce Ana adlı kinoda çəkilir.
1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onu Argentina və bir çox ölkədə tanınmasını təmin edən Ricos y famosos (1997) filmində Valeria rolunu oynamış və bununla da məşhurlaşmışdı. Növbəti il o, əsəbi, şöhrətlənmək istəyən bir gənc rolunda Un Argentino en New York (1998) kinosunda tamaşaçının qarşısına çıxmışdı.
Bundan sonra öz adını daşıyan 'Natalia Oreiro' albomunu buraxır.
Onun bu albomundan olan "Cambio dolor" mahnısı Argentina və Avropa ölkələrində hər gün efirə verilən Muñeca Brava (1998–1999) adlı filmin musiqisi olmuşdur.
Natalia Oreironun ilk albomu bir çox ölkələrdə ən çox satılan albomlardan biri olur. Muñeca Brava filmindəki rolu ilə 1998 və 1999-cu illərdə iki dəfə Martín Fierro Mükafatları'nda "Ən yaxşı qadın aktrisa" olaraq mükafatlandırıldı.
2000-ci ilin yanvarında E! Entertainment Television tərəfındən "İlin ən məşhur aktrisası" seçildi.
Natalia, ikinci albomu olan Tu Veneno ilə musiqi karyerasına davam edib ve albomunu "Gala de la Hispanidad", "Gala de Murcia" "Festival de la Calle 8" adlı festivallarda məşhurlaşdırıb.
Don Francisco tərəfindən təqdim olunan, reytinqli latın tv show proqramı olan Sabado Gigante Internacionalda albomunu başarılı bir şekilde tanıtır.
2000-ci ildə Çilidə keçirilən Viña del Mar Festivalında "İlin kraliçəsi" seçilir.
Üçüncü albomu olan Turmalina, 2002-ci ildə təqdim olunur. Super qəhrəman dizaynı ilə dinləyicilərin qarşısına keçən Natalia, ilk dəfə bu albomunda söz və bəstə edib.
2006-cı ildə Facundo Arana ilə baş rolu bölüşdürdüyü hər axşam Argentinanın Channel 13 kanalında efirə çıxan Sos Mi Vida adlı filmdə də baş rolu oynayıb.
2001-ci ildə Argentina rok qrupu "Divididos"un solisti Ricardo Mollo ilə Fernando de Noronha adasında evlənmişdir.