Nataliya Lyubomirivna Vasko (ukr. Наталія Любомирівна Васько; 19 oktyabr 1972[1], Çervonoqrad[d], Lvov vilayəti) – Ukrayna aktrisası və televiziya aparıcısı. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur. O, "Qur-qur yuvası" (2017) filmindəki roluna görə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə "Qızıl Dziqa" mükafatını qazanmışdır.[2] O, həmçinin Ukrayna Kino Akademiyasının üzvüdür.[3]
Nataliya Vasko | |
---|---|
Doğum tarixi | 19 oktyabr 1972[1] (50 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Təhsili |
|
IMDb | ID4689622 |
Vikianbarda əlaqəli mediafayllar |
Vasko 19 oktyabr 1972-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Gəncliyində "Nağıl" uşaq yaradıcılığı teatrında fəaliyyət göstərmişdir, burada şahzadələrdən tutmuş canavarlara qədər müxtəlif rollarda çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Kiyev Milli İ. K. Karpenko-Kari Teatr, Kino və Televiziya Universitetinə daxil olmuş və 1994-cü ildə universitetdən məzun olmuşdur. 4-cü kursda Kiyev Akademik Dram və Komediya Teatrında oynamağa başlamışdır. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur.[4]
2008-ci ildə Vasko Ukraynanın Inter telekanalında yayımlanan "Inter ilə səhər" verilişinin aparıcısı olmuşdur.
İlk evliliyindən Yuliya (d. 1997) adlı bir qızı var.[5][6] 28 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı son səkkiz il birlikdə olduğu Andriy Şestovla evlənmişdir.[7]