Natan Mayer Rotşild(16 sentyabr 1777[1][2][…], Frankfurt-Mayn – 28 iyul 1836[1][2][…], Frankfurt-Mayn) — Mayer Amşel Rotşildin oğullarından biri.
Natan Mayer Rotşild | |
---|---|
Doğum tarixi | 16 sentyabr 1777[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyul 1836[1][2][…] (58 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Atası | Mayer Amşel Rotşild[3] |
Fəaliyyəti | bankir, bank |
Vikianbarda əlaqəli mediafayllar |
Napoleonun Avropa müharibələri zamanında Rotşild ailəsi üçün Avropada işləmək çətinləşdi. Ona görə onlar öz kapitallarının investisiyaları üçün alternativ yer axtarmalı idilər. Çox götür-qoydan sonra tapdılar — İngiltərə. Həmin dövrdə Napoleona görə İngiltərə kontinental blokadaya düşmüşdü, düşmən orduları İngiltərəyə keçəcək malları buraxmırdılar. İngiltərə dövlətinin problemini görən Rotşild qardaşlarından biri — Natan hakimiyyətə təklif verir. Təklif ondan ibarət idi ki, Napoleonun qoyduğu qadağaya baxmayaraq Rotşildlər ailəsi İngiltərəyə şərqdən lazım olan malları gətizdirəcək. Amma bu dövlət üçün iki dəfə bahaya başa gələcək. Qiymətlərin yüksək olmasına baxmayaraq İngiltərə hakimiyyəti Natan Rotşildin verdiyi təkliflə razılaşır.
Natan başqa Avropa ölkələrində olan qardaşların köməyi ilə qaçaqmalçılarla əlaqə qurur və şəbəkə yaradır. Həmin qaçaqmalçıların əli ilə Napoleonun ruhu duymadan İngiltərəyə şərq mallarını gətizdirib aldığı qiymətlərdən iki dəfə baha satır.
Qaçaq mallardan qazandığı pullarla Rotşildlərin İngiltərədəki bankı ölkənin və Avropanın ən böyük banklarından birinə çevrildi. Pulunun çoxaldığını görən Natan yaxşı həyat yaşamaq əvəzinə daha çox pul qazanmaq üçün başqa bir yola əl atmaq fikrinə gəlir. İngiltərənin Napaleonla döyüşlərdə iştirakına görə dövlətin qızıla böyük ehtiyacı olur. Bunu görən Natan Ost-İnd şirkətindən 800 min funtluq qızıl alır və bunu İngiltərəyə iki dəfə baha satır. Satılan qızıldan gələn başqa gəlir isə qızılı daşımaqdan gəlir. Həmin qızılı Avropanın qərbində Napoleonla döyüşən hersoq Velinqtona verməli idi. Bunu etmək üçün dövlətin imkanı olmadığından köməyə Rotşildlər gəlir.
Həmin vaxt artıq ailənin başçısı olan Natan 20 yaşlı Yakob-Ceymsi Fransaya göndərir. Fransanın paytaxtında özünə ev tutan Yakob, qardaşları ilə məktublaşmağa başlayır. Məktubların birində İngiltərədəki böyük qardaşı Natan ona öz problemlərindən yazır. Natan yazır ki, İngiltərə dövləti ona qızıllarını ölkədən çıxardıb İspaniyaya göndərməyə imkan vermir. Böyük qardaşın yazdığına görə İngiltərə dövləti qorxur ki, qızıllar ölkədən çıxsa İngiltərənin iqtisadiyyatı zəifləyə bilər. Əlbəttə ki, bu məktubdakılar hamısı Fransa hökuməti üçün bir oyun idi. Ailə üzvləri bilirdilər ki, Yakoba çatan və onun göndərdiyi bütün məktublar Fransa gizli polisi tərəfindən oxunur.
Onların apardığı məktub oyunu baş tutdu. Fransanın Maliyyə Nazirliyi bu oyuna inanaraq Yakoba həmin qızılları Fransadan keçirmək üçün dəstək verəcəyinə söz verir. Beləliklə ingilis qızılları Rotşildlərin adı, Fransa dövlətinin köməyi ilə İspaniyaya, ordan isə hersoq Vellinqtona çatdırılır. Fransa dövlətini aldadan Rotşildlər İngiltərə ordusunun bankirlərinə çevrilirlər.