Mayer Amşel Rotşild

Mayer Amşel Rotşild (alm. Mayer Amschel Bayern Rothschild‎; 23 fevral 1744[1], Frankfurt-Mayn, Azad Frankfurt şəhəri[d], Müqəddəs Roma imperiyası19 sentyabr 1812[1][2], Frankfurt-Mayn, Reyn Konfederasiyası[d]) — Beynəlxalq sülalənin əsasını qoymuş şəxs. Rotşildlərin ulu babası.

Mayer Amşel Rotşild
alm. Mayer Amschel Rothschild
Doğum tarixi 23 fevral 1744(1744-02-23)[1]
Doğum yeri
Vəfat tarixi 19 sentyabr 1812(1812-09-19)[1][2] (68 yaşında)
Vəfat yeri
Uşaqları
Fəaliyyəti bankir, xeyriyyəçi, tacir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rotşild Mayer Amşel 23 fevral 1744-ci ildə doğulub. Uşaqlığını indiki Almaniya ərazisində yəhudilər üçün ayrılmış gettolarda keçirib. 20 yaşında yerli bankların birində təcrübə keçib işi öyrənəndən sonra, babasının işini davam etmək üçün ailəsinin yanına qayıdır. Onun birinci işi qızıl sikkə, medalların satışı və dəyişdirilməsi idi. Sonradan pul yığıb özü üçün antikvar mağazasını açır. Həmin mağazada işlədiyi vaxt Avropanın ən varlı adamlarından biri sayılan landqraf Qessen-Kassel Vilgelm IX ilə tanış olur. Sonrada o həmin landqrafın (Qərbi Avropada zadəgan titulu.) yaxın adamı olur və onun şəxsi bankirinə çevrilir.

27 yaşında Rotşild, Qutle Şnapper adlı bir yahudi qızla evlənir. Onların evliliyindən 5 qız və 5 oğlan dünyaya gəlir. Sonradan həmin 5 oğlan "bir əlin beş barmağı” deyə adlanacaqlar və 260 illik Rotşildlər nəslinin davamçıları olacaqlar - Amşel, Solomon, Natan, Karl, Jeyms.

Ata Rotşild öz oğullarını böyüdüb Avropanın beş ölkəsinə göndərir və onların əli ilə nəhəng bank sistemini yaradır.

Rotşild nəslinin qazandığı ən böyük məbləğlər Napoleon Bonopartın dövründə olub. Napoleonun Avropanı zəbt etmək üçün sərf elədiyi vaxtı Rotşildlər nəsli pul qazanmağa sərf edirdi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Wurzbach D. C. v. Rothschild, Maier Anselm (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 27. S. 132.
  3. Kindred Britain.