Natavan Şeyxova

Natəvan Şua qızı Şeyxova (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, Xalq Artisti

Natəvan Şeyxova
Natəvan Şua qızı Şeyxova
Ümumi məlumatlar
Digər adı Natavan Şeyxova
Doğum tarixi 18 mart 1945(1945-03-18) (78 yaş)
Doğum yeri
Atası Şua Şeyxov
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

Həyatı[redaktə | mənbəni redaktə et]

Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur.

Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma"kafedrasında təhsil alıb.

Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

  • Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır.
  • Rejissor Şua Şeyxovun qızıdır.
  • Aktyor Ramiz Şeyxovun bacısıdır.
  • Əməkdar incəsənət xadimi Rafiq Seyidzadənin həyat yoldaşıdır

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Onun böyük ürəyi (film, 1958)
  2. İstintaq davam edir (film, 1966)