Nathuram Vinayak Qodse (marathi नथूराम विनायक गोडसे; 19.5.1910–15.11.1949) — Hindistanlı siyasətçi, ekstremist, Mahatma Qandinin qatili.
Nathuram Qodse | |
---|---|
marathi नथूराम विनायक गोडसे | |
Doğum tarixi | |
Vəfat tarixi | 15 noyabr 1949[1] (49 yaşında) |
Vəfat səbəbi | asılma[d] |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Nathuram Qodse 19 may 1910-cu ildə Puna dairəsinin (indiki Maxaraştra ştatı) Baramati şəhərində anadan olub. Hindistan millətçi təşkilatlarında üzvülüyə malik idi.
Mahatma Qandinin öldürülməsinin səbəbi onun Britaniya Hindistanının Hindistan Respublikasına və Pakistana bölünməsinə müqaviməti idi. Bu səbəbdən, xüsusən Hindistanın Pakistan hökumətinə ayrılma müqaviləsində nəzərdə tutulduğu kimi 550 milyon rupi ödəməsini israr edən də Qandi olmuşdur. Qodse, radikal hinduların tərəfdarı olaraq (millətçi Hindu Maxasabxa hərəkatının fəalı idi), Qandinin bu adımını xəyanət kimi qiymətləndirirdi.
Qodse 1948-ci il 30 yanvar tarixində axşam ibadəti vaxtı yaxın məsafədən Beretta M1934 markalı tapançadan üç dəfə atəş açaraq Mahatma Qandini qətlə yetirmişdir. Qətli törətdikdən sonra qaçmağa çalışsa da, ətrafdakı insanlar tərəfindən yaxalanmış və məhkəmə tərəfindən edama məhkum edilmişdir. 1949-cu il 15 noyabr tarixində sui-qəsdin təşkilatçısı olduğu sübut edilən Narayan Apte ilə birlikdə asılmışdır. Sui-qəsdin daha 4 iştirakçısı müxtəlif müddətlərə, o cümlədən Nathuramın qardaşı Qopal Qodse 18 il həbs cəzasına məhkum edilmişdir.
Hazırda Hindistanda Nathuramın bu qətli Hindistanın maraqları üçün törətdiyini hesab edən bir çox insan onu milli qəhrəman hesab edir.