1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu "İqtisadçı" ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universiteti "Hüquqşünaslıq" ixtisası üzrə bitirmişdir.
1990-1991-ci illər - Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı;[1]
1991-1993-cü illər - Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi;[2]
1993-1994-cü illər - Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsində dövlət vergi müfəttişi;[3]
1994-1997-ci illər - Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyidə Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi;[4][5]
1997-2000-ci illər - Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini;[6]
2000-2001-ci illər - Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini;[7]
2003-2005-ci illər- Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi;[9]
2005-2009-cu illər- Azərbaycan Respublikası Vergilər nazirinin müavini;[10]
2009-2016-ci illər - Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini.[11]
Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilmişdir.[12]
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Natiq Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilmişdir[13]