Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Natiq Orucov 1973-cü ildə Masallı rayonunun, Qasımlı kəndində anadan olub. 1991-ci ildə Yeddioymaq kənd məktəbini bitirmiş, orta təhsil aldıqdan sonra ordu sırasına getmiş, 730 nömrəli Gəncə batalyonunda xidmət etmişdir. Həmin vaxt Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsi başlamışdı. Döyüşlər olduqca gərgin vəziyyət almışdı. Ağdərə rayonunun ona yaxın kəndinin ermənilərdən təmizlənməsində fəal iştirak etmiş və döyüşlərdə zəfər çalmışdır.
Natiq Orucov | |
---|---|
Orucov Natiq Əlyar oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qasımlı kəndi, Masallı rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Şıxlar kənd qəbiristanlığı |
Atası | Əlyar Orucov |
Milliyyəti | Azərbaycan türkü |
1992-ci il sentyabrın 22-də Ağdərə bölgəsində, Çıldıran kəndi uğrunda gedən döyüşdə, səngərdə ağır yaralanır. Ağrı ona aman vermir ki vermir. Axır ki, onu səngərdən Tərtər hospitalına gətirirlər. Həmin qızğın döyüşdən 5 gün sonra sentyabrın 27-də Natiq işıqlı dünyaya əlvida dedi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixlı qərarı ilə Natiq Əliyar oğlu Orucovun bir zaman təhsil alıdığı Masallı rayonundakı 1 nömrəli Şıxlar kənd əsas məktəbinə onun adı verilmişdir. Adına məktəbdə guşə yaradılmışdır. Natiq Orucov haqqında "Masallının şəhid oğulları" kitabında şəkli və haqqında məqalə çapdan çıxmış, mətbuat səhifəsində yazılar dərc edilmişdir. Məzarı Şıxlar kəndindədir. [1]