Natiq Rəhimov (tam adı: Natiq Əbdülmanaf oğlu Rəhimov; 27 fevral 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı ilahiyyatçı, araşdırmaçı-yazar, aparıcı.[1] Dini Araşdırmalar Mərkəzinin direktor müavini (1997–2005) və icraçı-direktoru (2005-h.h); Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın üzvü (2012-h.h.).
Natiq Rəhimov | |
---|---|
Natiq Əbdülmanaf oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vətəndaşlığı | Azərbaycan SSR -> Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əbdülmanaf Rəhimov |
Elm sahəsi | İlahiyyat |
İş yerləri | islam.az, İTV |
Təhsili | Azərbaycan Dövlət Neft Akademiyası |
Natiq Əbdülmanaf oğlu Rəhimov 27 fevral 1973-cü ildə Bakıda anadan olmuşdur.[2][3]
1979–1989-cu illərdə Bakı şəhəri, Nizami rayonunun 12 saylı orta məktəbində təhsil almışdır.[3]
1989-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qaz-neft-mədən fakültəsinin Neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisasına daxil olmuş və 1994-cü ildə oranı bitirmişdir.[2][3]
2006–2007-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində həqiqi hərbi xidmət keçmişdir.[3]
Əmək, ictimai və publisistik fəaliyyətləri
1994-97-ci illərdə "Qələm", "Şəhriyar" qəzetlərində fəaliyyət göstərmişdir.[3]
1997–2005-ci illərdə Dini Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.[2][3]
1999–2002-ci illərdə "Qütb" (azərbaycanca) və "Polyus" (rusca) aylıq ictimai fikir jurnallarında baş redaktor müavini vəzifəsində çalışmışdır.[2][3]
1999–2002-ci illərdə Dini Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Quran" təfsiri kursuna rəhbərlik edib.[2]
2005-ci ildən Dini Araşdırmalar Mərkəzinin icraçı direktorudur.[3]
İctimai TV-də 2005–2007-ci illərdə "Cümə Söhbəti", 2007-ci ildən "Din və Cəmiyyət" verilişlərinin müəllifi və aparıcısı, 2008–2009-cu illərdə isə "Şərqə Doğru" verilişinin müəllifi olmuşdur.[3]
2012–2014-cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Cəmiyyət və Din" qəzetində müxbir vəzifəsində işləmişdir.[3]
Beynəlxalq və yerli miqyasda konfrans, simpozium və layihələrin iştirakçısı olmuş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional konfranslarına və sair rəsmi tədbirlərə mühazirəçi qismində qatılmışdır.[3]
1994-cü ildən müxtəlif mətbuat orqanlarında ("Tövhid", "Şəhriyar", "Nəbz" qəzetləri, "Qütb", "İrs", "Dövlət və din" dərgiləri) dini, tarixi, ədəbi məzmunlu məqalələrlə çıxış edib. Hazırda "İslam.az" saytında yazır.[2]
İslam dininin tarixi, ideoloji əsasları, milli-mənəvi və dini-əxlaqi dəyərlər mövzusunda 8 kitabın müəllifidir. Daha bir neçə kitabın tərcüməçisi və redaktorudur.[2]
Bəzi kitabların yazılışında və nəşrində redaksiya heyətinin üzvü kimi iştirak etmişdir.[2]
Azərbaycan teatr səhnəsində dini-əxlaqi məzmunlu 9 pyesi səhnələşdirilib.[2]
Ssenariləri əsasında "Əbədiyyət karvanı" sənədli filmi, "Şərqə doğru" sənədli filmlər silsiləsi çəkilib.[2]
2015-ci ilin may ayında müəllifin azərbaycanlı İslam alimlərindən bəhs edən "Azərbaycan din alimləri" adlı kitabı çapdan çıxmışdır.[4][5]
Müəllifi olduğu kitablar
Həmmüəllifi olduğu kitablar
Müəllif heyətinin və redaksiya şurasının rəhbəri olduğu kitablar
Tərcüməçisi və transliterasiya müəllifi olduğu kitablar
Yazılışında və nəşrində redaksiya heyətinin üzvü olduğu kitablar
"İslamın əsasları: fəlsəfə, tarix və əxlaq baxımından" kitabına görə "Avropa nəşr mətbu evi" tərəfindən 2008-ci ildə "Ən yaxşı vətənpərvər yazar I dərəcəli beynəlxalq mükafatı" ilə təltif edilmişdir.[3]
Ailəlidir, 2 oğlu var.[3]