"Cəmiyyət və din" qəzeti — Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir.[1]
"Cəmiyyət və Din" qəzeti | |
---|---|
Növ | İctimai qəzet |
Təsisçi | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
Baş redaktor | Sadiq Mirzəyev (yanvar 2014-cü ildən) |
Yaranma tarixi | 7 may 2009 |
Dil | Azərbaycan dili |
Qiymət | 40 qəpik |
Səhifə |
8 (10 yanvar 2013-cü ilədək) 16 (10 yanvar 2013-cü ildən) |
Ünvan | AZ 1001, Bakı şəhəri, Əhməd Cavad küçəsi 12. |
Tiraj | 3000 |
scwra.gov.az |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir.
Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir.
10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir.