Natiq Sahib oğlu Sadıqzadə (1 mart 1942, Bakı – 22 yanvar 1988, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1987–1988), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı.
Natiq Sadıqzadə | |
---|---|
9 aprel 1987 – 22 yanvar 1988 | |
Sədr | Həsən Seyidov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1988 (45 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
Natiq Sahib oğlu Sadıqzadə 1 mart 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] Əmək fəaliyyətinə 1959-cu ildə fəhləlikdən başlamışdır. Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra 7 il ərzində "Azərneftkəşfiyyat" trestində işləmiş, burada qazmaçı köməkçisi vəzifəsindən qazma kontoru direktorunun müavini vəzifəsinədək yüksəlmişdir. 1971–1974-cü illərdə Duvannı və Saatlı qazma bölmələrinin rəhbərlərindən biri olmuşdur. 1974-cü ildə "Azərneft" birliyinin qazma işləri texnologiyası üzrə istehsalat şöbəsinin rəisi təyin edilmiş, birliyin aparatının partiya təşkilatının katibi seçilmişdir.[2]
1976-cı ildə Natiq Sadıqzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatına irəli çəkilmiş, burada Mərkəzi Komitənin Kimya və neft sənayesi şöbəsinin təlimatçısı, müdir müavini, 1983-cü ildən isə müdiri işləmişdir. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında oxumuş və akademiyanı 1985-ci ildə bitirmişdir. 1987-ci ilin aprel ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş və həyatının sonunadək bu vəzifədə çalışmışdır.[2]
Natiq Sadıqzadə 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı seçilmişdir.[3] Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.[2]
Natiq Sadıqzadə ağır xəstəlikdən sonra 22 yanvar 1988-ci ildə Bakıda vəfat etmiş[2][1] və 25 yanvarda Fəxri Xiyabanda dəfn edilmişdir.[4]
Natiq Sadıqzadə Azərbaycan gəmi kapitanı Zaur Sadıqzadənin qardaşıdır.