Natufi mədəniyyəti — əsasən, qədim Fələstində, qismən də indiki Suriya və Türkiyə ərazisində Mezolit dövrünə (e.ə. XX–VII minilliklər) aid arxeoloji mədəniyyət. İsrailinYerusəlim şəhərindən 27 kilometr (17 mil) şimal-şərqdə, 1928–1932-ci illərdə Natufi vadisində Şüqba mağarası tapıntılarına əsasən müəyyən edilmişdir. Əhalisi mağaralarda, yarımqazmalarda yaşamış, ovçuluq, balıqçılıq və yığıcılıqla (yabanı taxıl da) məşğul olmuşdur. Qəbirlərdə 3–5 skeletə təsadüf olunur. Bəzi tədqiqatçılar ibtidai əkinçiliyin bu dövrdən yarandığını ehtimal edirlər. Natufi mədəniyyəti üçün çaxmaqdaşıdan həndəsi formalı mikrolitlər, yığma-oraq dişləri iri qaşov və kərkivarı alətlər, sürtgəclər səviyyəvidir. AzərbaycandaQobustanın "Firuz-1" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, "Kənizə" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, "Kənizə" düşərgəsində ibtidai divar qalıqları, mikrolitlər və s. Natufi mədəniyyəti tapıntıları ilə oxşardır.[1]
↑Натуфи мәдәнијјәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 166–167.
Bar-Yosef, Ofer, Valla, Francois R. (redaktor), The Natufian Culture in the Levant, Ann Arbor: International Monographs in Prehistory, 1992, ISBN978-1-879621-03-9
Campana, Douglas V.; Crabtree, Pam J. "Communal Hunting in the Natufian of the Southern Levant: The Social and Economic Implications". Journal of Mediterranean Archaeology. 3 (2). 1990: 223–243. doi:10.1558/jmea.v3i2.223.
Clutton-Brock, Juliet, A Natural History of Domesticated Mammals (2nd), Cambridge: Cambridge University Press, 1999, ISBN978-0-521-63247-8
Dubreuil, Laure, "Long-term trends in Natufian subsistence: a use-wear analysis of ground stone tools", Journal of Archaeological Science, 31 (11), 2004: 1613–1629, doi:10.1016/j.jas.2004.04.003