Mezolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Mezolit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Na₂Ca₂Si₉Al₆O₃₀ * 8H₂O |
Strunz təsnifatı | VIII/F.10[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][2] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Rəng – rəngsiz, ağ, boz, sarımtıl, cəhrayı, yaxud qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Şəffaflıq – şüşə, lifli aqreqatlarda–ipəyi; Parıltı – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari: Morfologiya – kristallar: prizmatik, iynəvari; İkiləşmə: həmişə {100} üzrə müşahidə edilir; Mineral aqreqatları: radial-şüalı, incəlifli, sıx və torpaqvari kütlələr, sferolitlər, druzalar.
Çox vaxt effuziv süxurların–bazaltların və andezitlərin boşluqlarında qeyd edilir və adətən mezolit-skoletsit zonasında toplanır. Bəzi fonolitlərdə jeodalar şəklində rast gəlir. Siyenitlərdə, manqan və barium mineralları ilə sıx assosiasiyada – hidrotermal damarlarda tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: skoletsit, stilbit, geylandit, tomsonit, lomontit, analsim. Mineralın tapıldığı yerlər: Rusiya, Çexiya, Almaniya, Şotlandiya, İrlandiya, ABŞ, Kanada, Hindistan, Avstraliyada çoxsaylı yerlər. Azərbaycanda mezolitin tapıntıları Naxçıvan MR-nın, Dağlıq Talışın, Kiçik Qafqazın Ağcakənd və Qazax çökəkliklərinin, Gədəbəy, Göy-Göl, Goranboy və Laçın rayonlarının bəzi məntəqələrində qeyd edilmişdir.