Naumov adası (rus. Остров Наумова) — Yapon dənizində ada. Böyük Pyotr körfəzi ərazisindəki İmeratrisa Yevgeniya arxipelaqına daxil olan ada Vladivostokdan 22 km cənub-qərbdə, Popov adasından 1,1 km cənub-şərqdə yerləşir. Adadan cənub-qərbdə Klıkov adasına bənzər bir ada vardır. Bu iki ada arasında isə Malı adası yerləşir. Enliyarpaq meşələrlə örtülüdür. Hər tərəfdən, cənub hissəs istisna olmaqla daşlı sahillə əhatələnmişdir. Adanın cənub-qərb hissəsində, popov adası istiqamətdə çimərlik nisbətən enlidir. Burada Qırışıqmeyvəli itburnu geniş yayılmışdır. Bu ərazidəı şirin su mənbəyi vardır.
Naumov adası | |
---|---|
rus. Остров Наумова | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,187 km² |
Hündür nöqtəsi | 44 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
42°57′ şm. e. 131°46′ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
A. S. Steninin 1886-cı il ekspedisiyası zamanı tətqiq olunmuş və kapitan Nikolay Naumovun şərəfinə adlandırılmışdır[1].
Böyük Pyotr körfəzində ən çox baş çəkilən adalardan biridir. yan almaq üçün əlverişli sahilə malikdir. Üstəlik Popov adasına yaxınlığı onu cəlbedici edir.