Navarin döyüşü

Navarin dəniz döyüşüNavarin dəniz döyüşü 20 oktyabr 1827-ci ildə Osmanlı-Misir donanmaları ilə İngilis,RusFransız donanmaları arasında baş vermiş dəniz döyüşüdür. Bu döyüş Osmanlı tarixinə Navarin hadisəsi, Navarin Faciəsi kimidə düşmüşdür.

Navarin dəniz döyüşü
Tarix 20 oktyabr 1827
Yeri Navarin,İon dənizi
Nəticəsi İngilis-Rus-Fransız müttəfiqlərinin zəfəri
Tərəflərin qüvvəsi

Osmanlı-Misir

İngilis-Rus-Fransız

İtkilər

Ümumi itki: 181 ölü və 480 yaralı

Ümumi itki: 4109 ölü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]
Battle of Navarino. Vladimir Kosov
Vladimir Kosovun rəsmində Naaarinka döyüşü.

Böyük Britaniya, FransaRusiya aralarında müqavilə imzalayaraq Yunanistana müstəqillik verilməsini istədilər. Sultan II. Mahmud bu tələbi rədd etdikdə, Baltik dənizinə açılan rus donanmasının bir hissəsi İngilislərlə birləşərək və Aralıq dənizinə girdi. Rus-İngilis dəstələrinə Fransız dəstələridə qoşuldu. Kodrinqton'un komandanlığı ilə Rusiya və İngiltərə müttəfiq donanması İbrahim Paşanın qüvvələrinə qarşı dəniz təxribatına keçdi. Bu zaman Pelopennes yarımadasında üsyan var idi. Peloponnes üsyanında OsmanlıMisir gəmiləri Navarin limanında idi. Müttəfiq Dəniz Qüvvələri Navarin Limanını mühasirəyə aldı. Admiral Kodrinqton, müttəfiqlərin əvəzindən Osmalı və Misir əsgərlərinin Yunanıstanı tərk etməklərini istədi. Lakin bu istək qəbul edilmədi. Navarin sahilində yerləşdirilmiş müttəfiq ordu donanması məqsədlərinin müharibə olmadığını bildirərək, limana daxil olmaq istədi. Müttəfiqlərin cəmi 22 savaş gəmisi var idi və bunun çoxu böyük ölçülü idi. Müttəfiq donanmasında böyük kalibr toplu 10 zirehli və 10 fırkateyn buna qarşı Osmanlının kiçik kalibr toplu və 3 zirehli və 17 fırkateyni vardı. Osmanlı donanmasının geri qalan hissəsi kiçik gəmilərdən – korver və yelkenli gəmilərdən ibarət idi. Bununla yanaşı, müttəfiq gəmilərin kapitan və heyet üzvləri Napaleon Müharibələrində iştirak edərək böyük təcrübə qazanmışdılar. Osmanlı – Misir qüvvələri isə 78 savaş gəmisi [daşıma gəmiləri istisna olmaqla] digər mənbələrdə 60 və ya 36 gəmi olaraq qeyd edilir. 20 oktyabr tariisində dost ab-havsı ilə Navarin limanına daxil oldular. Osmanlı və Misir gəmiləri üç sıra ilə və aypara şəklində bir birinə yaxınlaşmışdır. Limana daxil olan müttəfiq gəmilər müharibə üçün bəhanə axtarmağa başladı. Atəş gəmisinin yerinin dəyişdirilməsini təklif etdilər. Təklifləri qəbul edilmədikdə isə Misir gəmilərinin onları atəşə tuttuğunu deyərək müharibəni başladılar. Müttəfiq gəmilərin bir-birinə atəş açmaları üç saat müddətində davam etdi.