Navid Əfkari

Qalın mətn

Navid Əfkari
fars. نوید افکاری
Şəxsi məlumatlar
Vətəndaşlığı  İran
Doğum tarixi 22 iyul 1993(1993-07-22)[1]
Doğum yeri
Vəfat tarixi 12 sentyabr 2020(2020-09-12)[2] (27 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d][2]
Dəfn yeri
İdman növü Yunan-Roma güləşi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Navid Əfkari (fars. نوید افکاری‎; 22 iyul 1993[1], Şiraz12 sentyabr 2020[2], Şiraz[2]) — Yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi. İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürməkdə günahlandıraraq ona ölüm hökmü verib. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdyini və əslində mühafizəçini öldürmədiyini deyib. ABŞ prezidenti Donald Tramp, Konqres üzvləri, avropalı siyasi xadimlər o cümlədən Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb.[3]

İranın Şiraz şəhərindən olan Navid Əfkari sərbəst və Yunan-Roma güləşi üzrə ölkəsində və beynəlxalq yarışlarda medallar qazanıb. 2018-ci ildə hökumət əleyhinə etirazlarda iştirak edib. Dövlətə məxsus su anbarının yerli mühafizəçisi Həsən Türkəmən Şirazda hökumət əleyhinə etirazlar zamanı qətlə yetirilib. Şiraz rəsmiləri qətl hadisəsi ilə əlaqələri olduğunu deyərək, Əfkari və qardaşı Vahidi 2018-ci ilin sentyabrın 17-də həbs edib. Sonradan elə həmin il onların üçüncü qardaşı Həbib də həbs edilib. Şirazın Adil Abad həbsxanasında bir-birindən ayrı saxlanılıblar.[4]

Fars əyalətinin paytaxtı Şirazın Cəza Məhkəməsi 2 avqust 2020-ci ildə Əfkariyə dövlətə məxsus su anbarının yerli mühafizəçisinin qətli ittihamı ilə ölüm hökmü verib. Sonradan güləşçi mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdyini və öldürmədiyini deməsinə baxmayaraq, hökmün yerinə yetiriləcəyi bildirilib. Navid Əfkarinin edam edilməsinin qarşısını almaq üçün beynəlxalq kampaniyalar başladılıb.[4] ABŞ prezidenti Donald Tramp, Konqres üzvləri, avropalı siyasi xadimlər, Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıblar.

Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İsrailin "The Jerusalem Post" qəzetinə Navid Əfkariyə ölüm hökmünün verilməsi ilə bağlı bunları deyib[3]:

" Mən edam cəzasına qarşıyam və bizim ölkəmiz Avropa Şurasının üzvü kimi bu məsələdə Avropa standartlarına qoşulub. Totalitar rejimin qurbanları təkcə bu bədbəxt güləşçi və onun qardaşı deyil. Yüzlərlə azərbaycanlı öz doğma dillərini öyrənmək istədiyi üçün cəzalandırılıb. Mən sizə qoşuluram və Navid Əfkari üçün edam cəzasını rədd edirəm. "
  1. 1 2 CNN. Nyu-York: 1980.
  2. 1 2 3 4 5 https://www.theguardian.com/world/2020/sep/12/iranian-champion-wrestler-navid-afkari-executed-despite-global-outcry.
  3. 1 2 BENJAMIN WEINTHAL, AARON REICH. "Azerbaijan MP tells 'Post' Iran must not execute wrestler" (ing. ). jpost.com. 9 sentyabr 2020. 10 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2020.
  4. 1 2 "İranın Ali Məhkəməsi güləşçinin ölüm hökmünü qüvvədə saxlayıb". amerikaninsesi.org. 3 sentyabr 2020. 10 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2020.