Naxçıvan Üzgüçülük Mərkəzi

Naxçıvan üzgüçülük mərkəzi

Naxçıvan üzgüçülük mərkəziAzərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən tikilmişdir.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Ümumi sahəsi 9420 m2, kotteclərin tikinti sahəsi 140 m2-dir. İki mərtəbəlidir. Ümumi hündürlüyü 8 m, daxili hündürlüyü 6,6 m-dir. Hovuzun ölçüləri 25x15 m-dir və 6 tramplinlə təchiz olunmuşdur. Kənarında 124 tamaşaçı yeri və 15 nəfərlik tribuna var. Mərkəzdə idmançılar üçün 3, məşqçilər üçün 2 duş kabinəsi, 1 həkim kabinəsi, şərhçi kabinəsi, 2 məşqçi otağı, soyunub-geyinmə otaqları, rəhbərlik və işçi heyət üçün 11 kabinə, hər iki mərtəbədə holl, binanın texniki təminatı üçün yardımçı otaqlar, həmçinin 43 nəfərlik konfrans zalı, gənclərin istirahəti üçün kafeteri, mini  bar, 3 kottec var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Üzgüçülük Mərkəzinin açılışında (2004-cü il, 2 sentyabr) iştirak etmişdir.[1] 

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Naxçıvan Üzgüçülük Mərkəzi// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 169. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]