Dövlət Bayrağı Muzeyi — Naxçıvan Muxtar Respublikasında şəhərin ən hündür zirvəsində 2014-ci illərdə ucaldılmış memorial abidə-istirahət parkıdır. Muzeyin açılışı 2014-cu ilin noyabrın 17-də olmuşdur[1].
Naxçıvan Bayraq Meydanı Muzeyi | |
---|---|
Əsası qoyulub | 2014 |
Ölkə | |
Yerləşir | Naxçıvan |
Ünvan | Dilqəm Pişəvəri |
39°13′17″ şm. e. 45°24′04″ ş. u. | |
bayraqmuzeyi.nmr.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət Bayrağı Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında" 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış[2]. 2014-ci il noyabrın 17-də muzeyin açılışı olmuşdur. Dövlət bayrağı müstəqilliyi təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr. eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir[1].
Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur[1]. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları[3], gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib. Ali Məclisin Sədri Azərbaycan Respublikasının dövlət himninin mətninin və dövlət gerbinin təsvir olunduğu xatirə hədiyyələrini muzeyə təqdim edib.[4]